İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib.
Bizim.Media xəbər verir ki, bu barədə qərar qurumun bu gün Bakıda keçirilən Konfransında qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək.
Qeyd edək ki, İƏT PA-nın növbəti iclası 2023-cü ildə İranda keçiriləcək.
Bizim.Media