Avstriya şirkətləri üçün Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensial mövcuddur.
Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə keçirilən görüşdə bildirilib.
Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib.
Bizim.Media