“100 illik fasilədən sonra Naxçıvanla quru sərhədlərimiz bərpa olundu”- Azay Quliyev

"Pandemiya ilə bağlı həm Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi, həm də Azərbaycanın təşəbbüsü ilə BMT-də ayrıca bir sessiya keçirildi. Bu da onu göstərdi ki, Azərbaycan dünya siyasətinin formalaşdırıımasında mühüm rola malikdir."

Bu fikirləri Bizim.Media-ya açıqlamasında bildirən millət vəkili Azay Quliyev 44 günlük savaşdan da söz açdı.

"Şübhəsiz ki, 2020-ci ildə ən böyük uğur, hadisə torpaqlarımızın işğaldan azad olunması oldu. Hesab edirəm ki, bu təkcə ötən ilin yox, XXI əsrin ən böyük tarixi hadisəsi kimi yadda qalacaq. Azərbaycan yeganə dövlət oldu ki, uzunmüddətli səmərəsiz danışıqlardan sonra öz torpaqlarını güc, hərb yolu ilə bərpa etdi. Beynəlxalq diplomatiya baxımından Azərbaycan üçün yadda qalan il oldu".

Diplomatik uğurlar arasında 10 noyabr üçtərəfli razılaşmasından danışan millət vəkili qeyd etdi ki, bu siyasi gedişlə "3 rayonumuz bir güllə atmadan geri qaytarıldı".

"Biləvasitə Azərbaycanın iştirakı və təsiri ilə bölgədə yeni bir güc balansı yarandı, geosiyasi vəziyyət dəyişdi. Razılaşmanın 5-ci maddəsinə uyğun olaraq 226 illik fasilədən sonra Türkiyə Rusiya ilə savaş nəticəsində yox, anlaşma, diplomatik yolla Cənubi Qafqaza qayıtdı və regionda hərbi iştirakını təmin etdi".

Uğurlar arasında Meğri koridorunun razılaşdırıldığına diqqət çəkən Azay Quliyev bununla da 100 illik fasilədən sonra Naxçıvanla quru sərhədlərimizin bərpa olunduğunu dedi.

Əlavə etdi ki, bu koridor həm də Avropa ilə Asiyanı birləşdirən ən qısa yol olacaq. Bununla yanaşı müharibənin ən qızğın vaxtında Azərbaycan güclü beynəlxalq təhdidin də qarşısını aldı. Belə ki, Minsk qrupunun təşəbbüsü ilə BMT TŞ-ın Azərbaycana qarşı qətnaməsinin qəbulu gözlənilirdi.

Azərbaycanın əleyhinə olan sənədin qəbulu üçün ən çox güc sərf edən isə Fransa idi. Lakin prezident İlham Əliyevin siyasəti bunun qarşısını aldı. Belə ki, QH-nın BMT TŞ-na qeyri-daimi üzv olan ölkələri buna etiraz etdi. Həmçinin burada Azərbaycan və Böyük Britaniya arasında olan diplomatik əlaqələrin köməyi də xüsusi vurğulanır.

Azaq Quliyevin sözlərinə görə, Azərbaycan xalqı 2020-ci iln ən qəhrəman xalqı kimi tarixə düşəcək. O ki qaldı 2021-ci ilə,

"Bizi çox ağır, ciddi siyasi-diplomatik danışıqlar gözləyir. Qələbədən sonra rahatlaşa, eyforiyaya qapıla bilmərik. Yeni ildə parlament diplomatiyası ilə yanaşı, xarici siyasətimizi də gücləndirməliyik. Ermənistan tərəfindən gələn istənilən təhdidi dərhal cavablandırmalıyıq".

Millət vəkili 2021-in "Qarabağ quruculuğu" ili olacağından əminliyini ifadə etdi. Təhlükəsizlik və yenidənqurma işləri tamamlanandan sonra vətəndaşların doğma yurdlarına köçürülməsinə start veriləcək deyən Azay Quliyev 2021-i həm də "Böyük qayıdış" ili adlandırdı.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

End of content

No more pages to load

RADİO