Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov, Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb.

O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı – 2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Cari 2022-ci ilin İƏT-də “nəqliyyat - bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.
Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Baş katib, həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək, bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb.

Görüşdə tərəflər, İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar.

Yaxın günlərdə, İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Tramp mübahisəsi faciə ilə bitdi: Ata 23 yaşlı qızını güllələdi

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

16 illik qətl işi üzə çıxdı - Məhkuma yeni cəza verildi

Hava BU TARİXDƏN istiləşəcək

Hava BU TARİXDƏN istiləşəcək

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Şagirdlər psixoloji təzyiq altındadır – Hər ay summativ OLAR?

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Bu əraziyə 50 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Azərbaycanda Boz ay bu tarixdə başlayır

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

Bakıda tələbə qız bacısını bıçaqladı

Bakıda tələbə qız bacısını bıçaqladı

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət etdi – FOTO/VİDEO

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Fevral ayında pulla bağlı bu BÜRCLƏRƏ xəbərdarlıq

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Səbuhi Qurbanov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

Dövlətə xəyanət edən şəxsin məhkəməsi BAŞLADI

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

"Qarabağ" dünya reytinqində 9 pillə irəlilədi

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Onlardan daha biri vəfat etdi - 15 nəfər qaldı

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda bu ərazisində yeni tunel tikiləcək – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Bakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu – VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Müştərilərə səhvən 42 milyard dollarlıq “Bitcoin” göndərildi

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

End of content

No more pages to load

RADİO