“Rəsmi Bakı ilə İrəvan arasında müxtəlif istiqamətlərdə təmaslar var. Eyni zamanda, kommunikasiyaların açılmasına dair işçi qrupu mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.
Müdafiə nazirlikləri arasında bir müddət əvvəl "qaynar xətt" yaradıldığını deyən nazir erməni həmkarı ilə danışıqları barədə də fikir bildirib:
“İntensiv olmasa da, mən də bir neçə dəfə Ermənistan xarici işlər naziri ilə telefonla danışmışdım. Bizim sülh müqaviləsi və ümumiyyətlə, regionda sabitlik üçün vacib olan elementlərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, əsas tərəflər Azərbaycan və Ermənistandır və kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq”.
Çoxsaylı beynəlxalq təşəbbüsləri xatırladan Ceyhun Bayramov Azərbaycanın prosesə töhfə vermək istəyən tərəflərlə işləməyə hər zaman hazır olduğunu vurğulayıb.
Bizim.Media