“Qarabağ Dirçəliş Fondu” nə vəd edir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ Dirçəliş Fondu”-nun yaradılması haqqında fərman imzalayıb. Fondun yaradılması işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir standartlara uyğun həyat şəratinin təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədi daşıdığı qeyd olunur.

Müharibədən dərhal sonra işağaldan azad olunmuş ərazilərin yenidən bərpası istiqamətində konkret təkliflərin olacağı gözlənilirdi. Bu məqsədlə ilk addım olaraq işğaldan azad olunan ərazilərdəki vəziyyətə tam nəzarət etmək üçün polis komandantlıqları təşkil olunmuş, Dövlət Təhlükəsizlik Xidməti başda olmaqla digər qrumların şöbələri yardılmışdı. 

İkinci addım isə həmin ərazilərdə görüləcək işlər və icra olunacaq fəaliyyətlərlə bağlı maddi bazanın formalaşdırılmasıdır. Bu qəbildən “Qarabağ Dirçəliş Fondu” yenidənqurma layihəsi ilə bağlı ikinci addımı təşkil etdiyini deyə bilərik. 

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Dirçəliş Fondu yaradıldı


Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi



İşğaldan azad olunan ərazilərin bir neçə günə yenidən qurulacağını düşünmək ən yaxşı halda sadəlövhlük olardı. İllər sürəcək bu proses ilk növbdə sağlam və davamlılığı şübhə doğurmayan maliyyə qaynaqları tələb edir. Fərmanda Fondun əsas maliyyə mənbələri kimi fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr qeyd olunub. 

Pandemiyaya qarşı mübarizə çərçivəsində və daha sonra da Silahlı Qüvvələrə Yardım Fondu kimi layihələr fiziki və hüquqi şəxslərin Fondların maliyyələşməsi məsələsində ciddi iş görə bildiklərini sübut edib. Çox güman ki, yeni fond, maliyyələşmə prosesində bu təcrübədən yenidən və daha uzunmüddətli istifadə etməyi hədəfləyir. Çünki hər bir azərbaycanlının Qarabağın yenidən dirçəldilməsində pay sahibi olmaq kimi bir istəyi var. Daha əvvəlki iki fond layihəsində könüllülük əsasında formalaşan bu istəyin eyni qaydada həyata keçiriləcəyi şübhə doğurmur.

Fondun əsas maliyyə mənbələri içərisində qrantlara yer verilməsi və sərmayələrin cəlb edilməsi kimi məsələlər xüsusilə diqqət çəkir. Fərmana əsasən Qarabağın yenidən dirçəldilməsi ilə bağlı işlərin demək olar ki, hamısı Fond tərəfindən həyata keçiriləcək və maliyyələşdiriləcək. Bura xaricdəki təbliğat və təşviqatdan, özəl şirkətlərlə tərəfdaşlığa qədər fərqli sahələr daxildir. Xarici kapitalın və sərmayənin birbaşa cəlb olunmasından isə söhbət getmir. Bu onu deməyə əsas verir ki, Azərbaycan Qarabağın dirçəldilməsi ilə bağlı görüləcək işləri sırf yerli mənbələr hesabına icra edəcək. 

Qarabağdakı yenidənqurma işləri ilə bağlı xarici sərmayənin ölkəyə buraxılması bəlkə qısa müddətdə aparılan işlərin sürətlənməsinə və uğurlu nəticələr əldə etməyimizə təkan verərdi. Lakin Azərbaycan iqtisadiyyatı mövqeyindən yanaşdığımızda bu proses ölkə daxilində xarici sərmayənin və şirkətlərinin rolunu artıracaqdı. Bu isə yerli özəl şirkətlərin zəifləməsinə və rəqabətliliyin sıradan çıxmasına gətirib çıxaracaqdı.

Bu baxımdan xarici sərmayə əvəzinə yerli sərmayə üçün imkanların yaradılması, ölkə daxilində fəaliyyət göstərən özəl şirkətlərlə qarşılıqlı əməkdaşlığa yer verilməsi yerli sahibkarlığın və özəl sektorun inkişafı üçün yeni imkanlar yaradacaq. Qarabağı dirçəltməklə yanaşı Azərbaycan iqtisadiayyatının fərqli sahələri də dirçəlməyə başlayacaq.

Maliyyələşmə prosesinin digər tərkib hissəsi isə dövlət büdcəsindən tələb olunan vəsaitin ayrılmasıdır. Görünən odur ki, Fondun fəaliyyətinin təşkili və təmin olunması üçün dövlət büdcəsi əsas təminatçı kimi çıxış edəcək. Bu müəyyən mənada ianələrdən gələn gəlirlərlə bağlı problemlər yaranarsa, onların həll üçün nəzərdə tutulub və Fondun fəaliyyətinin davamlı olmasına imkan yaradır. Bu həm də Fondun fəaliyyətinə əngəl törədə biləcək hər hansı fəaliyyətlərin də qarşısını almış olacaq.

Diqqət çəkən bir digər məqam isə Fondun Azərbaycan Respublikasının prezidentinin birbaşa nəzarəti altında fəaliyyət göstərməsidir. Son illərdə Azərbaycanda yerli özünüidarə və icra hakimiyyəti orqanlarındakı qanunsuz fəaliyyətlər, müvafiq sahələrə ayrılan dövlət vəsaitinin mənimsənilməsi kimi hadisələrin fonunda birbaşa nəzarət amili olduqca əhəmiyyətlidir. Bu cür sistemli fəaliyyət dövlət büdcəsindən və fərdi ianələrlə formalaşacaq Fondun düzgün istiqamətdə və səmərli şəkildə fəaliyyətinin əsasını təşkil edir.

“Qarabağ Dirçəliş Fondu” tam şəkildə formalaşdıqdan sonra qarşısına qoyulmuş vəzifələrin icrasına başlayacaq. Qarabağın yenidənqurulması ilə bağlı növbəti addımlar isə daha çox praktiki sahə ilə bağlı olacaq və daha çox nəzarət amilini şərtləndirəcək. 

Xatırladaq ki, Fondun əsas fəaliyyət istiqamətləri içərisinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, həmin ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi kimi işlər daxildir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

“Tarif Şurası qiyməti bu halda artırır” – Su tarifləri ilə bağlı ANLAŞILMAZLIQ

“Tarif Şurası qiyməti bu halda artırır” – Su tarifləri ilə bağlı ANLAŞILMAZLIQ

Qızıl axtarmaq üçün Qaradağdakı qoruqda qanunsuz qazıntı apardılar, tutuldular – FOTO/VİDEO

Qızıl axtarmaq üçün Qaradağdakı qoruqda qanunsuz qazıntı apardılar, tutuldular – FOTO/VİDEO

Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

Bakı metrosunda SIXLIQ - Qatarda nasazlıq yarandı

Bakı metrosunda SIXLIQ - Qatarda nasazlıq yarandı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq

Donor bazarı və GİZLİ HƏQİQƏTLƏR – Süni mayalanma zamanı cütlüklər BELƏ ALDADILIR

Donor bazarı və GİZLİ HƏQİQƏTLƏR – Süni mayalanma zamanı cütlüklər BELƏ ALDADILIR

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Ətin qiymətində gözlənilməz DƏYİŞİKLİK

Aqşin Fatehin restoranı bağlandı

Aqşin Fatehin restoranı bağlandı

ABŞ yadplanetlilərlə bağlı məxfi sənədləri AÇIQLAYACAQ

ABŞ yadplanetlilərlə bağlı məxfi sənədləri AÇIQLAYACAQ

Bu halda pensiyanız əlinizdən alına bilər — DİQQƏT!

Bu halda pensiyanız əlinizdən alına bilər — DİQQƏT!

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, külək güclənəcək

Hava kəskin DƏYİŞİR – Temperatur enəcək, külək güclənəcək

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

Ramazan süfrələrinin bəzəyi – Ən bahalı və ən ucuz xurmalar – ARAŞDIRMA – FOTO

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Milan"ın müdafiəçisi sıradan çıxdı

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

"Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm"

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar QƏBUL EDİLDİ

End of content

No more pages to load

RADİO