Dekabr ayında Ankarada təşkil olunan Türkiyə-Pakistan hərbi dialoq qrupunun toplantısı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə "Zee News India" məlumat yayıb.
Məlumata görə, müzakirələrə Türk nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini general Səlcuq Bayraktaroğlu, Pakistan nümayəndə heyətinə - Müdafiə üzrə Dövlət Katibi General Mian Məhəmməd Hilal Hüseyn rəhbərlik edib.
Nəşrdə bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən Pakistan Ordusu Baş Qərargah rəisi Kamar Javed Bajvadan Pakistan hərbi rəhbərliyinin qəbul etdiyi nüvə silahlarının inkişafı və istehsalı texnologiyasını paylaşmasını istəyib.
Nəşr eyni zamanda, Pakistanlı alimlərin hazırda Türkiyə tərəfinə raket istehsal gücünü artırmaqda kömək etdiyini də bildirib. Beləliklə, Pakistan Raket Texnologiyalarına Nəzarət Rejimini kobud şəkildə pozduğunu qeyd ediblər.
Bizim.Media