İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etdi - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı ilk nöbvədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib.

Dövlət başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirib.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.
İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini deyib. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirib.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Ağ Evdə Tramp və Netanyahu arasında görüş KEÇİRİLİR

Ağ Evdə Tramp və Netanyahu arasında görüş KEÇİRİLİR

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

“Tottenhem” baş məşqçini istefaya göndərdi

“Tottenhem” baş məşqçini istefaya göndərdi

Qusar təmsilçiləri MMA üzrə ölkə birinciliyində yüksək nəticələr ƏLDƏ ETDİLƏR - FOTO

Qusar təmsilçiləri MMA üzrə ölkə birinciliyində yüksək nəticələr ƏLDƏ ETDİLƏR - FOTO

Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb

Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb

Vəfadan ŞOK AÇIQLAMA: “Xəyanətə görə ayrılmışıq” - VİDEO

Vəfadan ŞOK AÇIQLAMA: “Xəyanətə görə ayrılmışıq” - VİDEO

SON DƏQİQƏ: Bu ölkədə “WhatsApp” tamamilə bloklandı

SON DƏQİQƏ: Bu ölkədə “WhatsApp” tamamilə bloklandı

Bu legioner “Qarabağ”dan ayrılır?

Bu legioner “Qarabağ”dan ayrılır?

Ərini Bakı aeroportunda buna görə öpübmüş - VİDEO

Ərini Bakı aeroportunda buna görə öpübmüş - VİDEO

ABŞ-ın vitse-prezidenti: “Azərbaycana səfərim möhtəşəm idi”

ABŞ-ın vitse-prezidenti: “Azərbaycana səfərim möhtəşəm idi”

Türkiyə Böyük Millət Məclisində DAVA DÜŞDÜ - ANBAAN VİDEO

Türkiyə Böyük Millət Məclisində DAVA DÜŞDÜ - ANBAAN VİDEO

"Real" və UEFA razılığa gəldi

"Real" və UEFA razılığa gəldi

Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olundu - FOTO

Azərbaycan ilə ərəb ölkələri arasındakı münasibətlər müzakirə olundu - FOTO

Əsl MÖCÜZƏ: 5 bürcü hər şeyi dəyişdirəcək bir şans gözləyir

Əsl MÖCÜZƏ: 5 bürcü hər şeyi dəyişdirəcək bir şans gözləyir

Azərbaycan Kanadaya BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Kanadaya BAŞSAĞLIĞI VERDİ

“Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın” - Prezident

“Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın” - Prezident

"Kinobox" və "Mahnı TV"yə LİSENZİYA VERİLDİ

"Kinobox" və "Mahnı TV"yə LİSENZİYA VERİLDİ

"Qarabağ"dan getmək istədi, qarşısı alındı - Koxalskidən gözlənilməz QƏRAR

"Qarabağ"dan getmək istədi, qarşısı alındı - Koxalskidən gözlənilməz QƏRAR

İlham Əliyev: “Məktəblərdə tədris proqramına dəyişikliklər edilməlidir” - VİDEO

İlham Əliyev: “Məktəblərdə tədris proqramına dəyişikliklər edilməlidir” - VİDEO

Qurbanovun qızını evindən belə YOLA SALDILAR - VİDEO

Qurbanovun qızını evindən belə YOLA SALDILAR - VİDEO

End of content

No more pages to load

RADİO