“Biz keçmiş əzabların səbəbkarı deyilik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri, türkiyəli siyasətçi Əli Babacan yazıb.
“Hamımız qarşılıqlı anlaşma çərçivəsində bir-birimizin yarasını sarımağa çalışan Anadolu insanı olmalıyıq.
Bu münasibətlə mən erməni xalqının bu gün dərindən keçirdiyi ağrıları anlayır və 1915-ci ildə həyatını itirən Osmanlı ermənilərini yad edirəm”, deyə Türkiyənin sabiq xarici işlər və iqtisadiyyat naziri qeyd edib.
Bizim.Media
