YUNESKO-da KORRUPSİYA – Erməni vandallarının dağıtdığı abidələrimizin taleyini bu quruma etibar etmək olarmı?

Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO-da baş verən rüşvət skandalı bütün dünyanın diqqət mərkəzindədir. 

Bizim.Media “İnner City Press” nəşrinə istinadən xəbər verir ki, YUNESKO-nun iki yüksəkranqlı nümayəndəsinin korrupsiya əməlləri üzə çıxıb.

Həm ziyarət, həm ticarət

Korrpusiya skandalı təşkilatın Nazirlər Kabinetinə rəhbrərlik edən, Fransanın keçmiş xarici işlər naziri Nikolas Kassianides və onun müavini və həmyerlisi Odri Azulenin adı ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu xanım yenidən YUNESKO-nun Baş direktoru seçildi - FOTO


Belə ki Odri Azule ailəsi ilə birlikdə bir sıra mədəni tədbirlərə qatılmaq üçün İtaliyanın Venesiya şəhərinə səfərə yollanıb. Hadisələr də məhz orada baş verib.

Belə ki, Azule Venesiyada mədəni tədbirlərlə yanaşı  istirahəti üçün də vaxt ayırmağı bacarıb. Bunun üçün 4 nəfərdən ibarət Azule ailəsi yaxta icarəyə götürüb və 5 gün müddətində lüks oteldə məskunlaşıb, bahalı restoranlar və mağazaları ziyarət ediblər.

Lakin məlum olub ki, Azule ailəsinin tətili ailə büdcəsi hesabına başa gəlməyib, bütün istirahət xərclərinin məhz YUNESKO-nun büdcəsi hesabına maliyyələşdirilib.

Korrupsiya əməlindən Kassinaidesin də xəbərdar olduğu və hətta Azule ailəsinin istirahəti üçün büdcənin məhz onun tərəfindən ayrıldığı məlumatda öz əksini tapıb. Təbiidir ki, müdiri Kassianidesin xəbəri və icazəsi olmadan müavinin bu cür addım atması da qeyri-mümkündür. Bu səbəbdən, skandalın baş rolunda məhz Kassianidesin olduğunu söyləyə bilərik.

Nəşrin məlumatına görə, bu tip skandallar BMT-yə daxil olan qurumların, eləcə də YUNESKO-nun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə daha əvvəl də bir neçə dəfə yaşanıb.
Məqalənin müəllifi tərəfindən YUNESKO-nun İcraiyyə Şurasının qarşısında qoyduğu əsas suallar isə belə olub:

Sizlər, bu cür korrupsiya əməlini və onun baş vermə səbəblərini, eyni zamanda YUNESKO-nun maliyyə hesabatını araşdırmağı düşünürsünüzmü?

Bizim isə sualımız birdir: 

Abidələrimizin başına gətirilən vandallıqları bunlarmı araşdıracaq?

Xatırladaq ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videoformatda baş tutan görüşdə YUNESKO-nun Azərbaycan və Ermənistana öz nümayəndələrini göndərməsi məsələsində razılıq əldə olunub.

Bu isə Azərbaycan ictimaiyyətində Qarabağ və Ermənistan ərazisindəki abidələrimizin başına gətirilən vandalizm əməllərinin araşdırılması və bu cinayətləri törədənlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə ümid yaratmışdı. 

Təbiidir ki, ən yüksək səviyyədə baş verən maliyyə maxenasiyası bütün təşkilatın nüfuzuna və fəaliyyətinə vurulan zərbədir. Və YUNESKO-nun rüşvət və korrupsiya skandalları təşkilatın ümumbəşəri missiyasını adekvat yerinə yetirəcəyi ilə bağlı hər hansı ümid yeri qoymur. Eləcə də, Azərbaycana və Ermənistana göndəriləcək missiyanın obyektiv qiymətləndirməsinə...
30 il ərzində Azərbaycan tərəfi abidələrimizə qarşı törədilən əməllərlə bağlı dəfələrlə müraciətlər etsə də, bunlardan bir nəticə hasil olmamışdı.

Görünür, korrupsiyaya bataqlığına ən yüksək səviyyədə saplanmış təşkilatdan mədət ummaq da əbəs yerə imiş. 

Nəşrin də qeyd etdiyi kimi, əgər YUNESKO-nun fəaliyyətindəki pozuntular ciddi şəkildə araşdırılmazsa, bundan sonra nə təşkilatdan, nə də onun missiyalarından heç bir obyektiv mövqe gözləməyə dəyməz. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

“Tottenhem” baş məşqçini istefaya göndərdi

“Tottenhem” baş məşqçini istefaya göndərdi

Qusar təmsilçiləri MMA üzrə ölkə birinciliyində yüksək nəticələr ƏLDƏ ETDİLƏR - FOTO

Qusar təmsilçiləri MMA üzrə ölkə birinciliyində yüksək nəticələr ƏLDƏ ETDİLƏR - FOTO

Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb

Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb

Vəfadan ŞOK AÇIQLAMA: “Xəyanətə görə ayrılmışıq” - VİDEO

Vəfadan ŞOK AÇIQLAMA: “Xəyanətə görə ayrılmışıq” - VİDEO

SON DƏQİQƏ: Bu ölkədə “WhatsApp” tamamilə bloklandı

SON DƏQİQƏ: Bu ölkədə “WhatsApp” tamamilə bloklandı

Bu legioner “Qarabağ”dan ayrılır?

Bu legioner “Qarabağ”dan ayrılır?

Ərini Bakı aeroportunda buna görə öpübmüş - VİDEO

Ərini Bakı aeroportunda buna görə öpübmüş - VİDEO

End of content

No more pages to load

RADİO