Qırğızıstanın birinci xanımı İçərişəhəri gəzdi - FOTO

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

Bizim.Media xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova təndir çörəyinə qonaq edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı ilə görüşdü - FOTO


Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaq “Brilyant əl” bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

“Tottenhem” baş məşqçini istefaya göndərdi

“Tottenhem” baş məşqçini istefaya göndərdi

End of content

No more pages to load

RADİO