Marqarita Simonyan ilə Əli Həsənovun siyasi macəraları - KİV 

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl Sputnik agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində növbəti kadr dəyişikliyi baş verib. Mərkəz azərbaycanlı jurnalist, milliyyətcə anası erməni olan  Əziz Əliyevin yerinə hansısa Vitali Denisovu büroya rəhbər təyin edib.

Bəli, hansısa, çünki Denisovun "Zavtra" qəzetinin jurnalistləri adı altında Dağıstanda və Çeçenistanda işləmiş QRU polkovnikləri - İqor Qirkin (Strelkov) və Aleksandr Boroday kimi jurnalistikaya “bağlılığı” eynidir.

Bu haqda Haqqin.az saytı geniş məqalə ilə çıxış edib. Sayt yazır ki, Denisov Bakıya qaynar nöqtədən - separatçı Cənubi Osetiyadan gətirilib. Yəni, Marqo Simonyan və onun Moskva kuratorları bu qəribə təyinatla Azərbaycana öz həqiqi münasibətini bildiriblər.

Kəşfiyyatçı jurnalist

Denisov tam olaraq jurnalist deyil. Əldə edilən məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisov Cənubi Osetiyada strateji tapşırıqlar icra edib. Və bu, onun yerinə yetirdiyi ilk “tapşırıq” deyil. Denisov Sxinvaliyə ilk dəfə leytenant rütbəsində 1989-cu ildə separatçı əhval-ruhiyyənin qızğın vaxtında və ilk anti-gürcü silahlı dəstələrinin formalaşdığı bir vaxtda gəlib.

Görünməz cəbhənin döyüşçüsü "qəribə təsadüf nəticəsində" Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra separatçı respublikada qalıb. O, münaqişədən sonrakı dövrdə vəziyyəti lokallaşdırmaq üçün xüsusi qrupun üzvü olub. Separatçı respublikanın “prezidenti”nin administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

MÖVZU İLƏ BAĞLI:

“Sputnik Azərbaycan”ın yeni rəhbəri İŞƏ BAŞLADI – Deputatlardan SƏRT REAKSİYA

Rusiyadan Azərbaycana qarşı təxribatçı ADDIM
 


Keçən ilin payızında onlar Denisovu Sxinvalidə öz mənzilində zəhərləməyə cəhd ediblər. Hər halda bunu kəşfiyyatçı jurnalistin özü, sonra isə Simonyan deyib. Nəticədə hadisəni Gürcüstan xüsusi xidmət orqanlarının üstünə ataraq ort-basdır etməyə çalışıblar.

Və birdən-birə Simonyan və onun kuratorları xüsusi xidmət orqanlarının gizli “döyüşlərində” belə zəngin təcrübəyə malik “xüsusi mütəxəssis” Azərbaycana jurnalistika ilə məşğul olmaq üçün göndərilir. Mərkəz yeni rezident, daha doğrusu xüsusi xidmət orqanlarının baş redaktoru haqda ən yaxşı rəyini verib.

Simonyan-Əli Həsənov sevgisi

Polkovnik ilk növbədə Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcini qadağan etməklə azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb. Amma eyni zamanda, Denisov redaksiyanın işində əsas istiqamətləri müəyyənləşdirib:

Azərbaycan həyatının ən problemli tərəflərini işıqlandırmaq və ölkədəki sosial problemləri qabartmaq.

Qeyd edək ki, Rusiya hakimiyyət orqanları və xüsusi xidmət orqanları ilə əlaqəli olan Sputnik Azərbaycan ölkəmizdə polkovnik Denisovun xəbərlər xidmətinə rəhbər təyin olunmasından xeyli əvvəl yaranıb.

PA-ın keçmiş şöbə müdiri Əli Həsənovun Moskva səyahətlərinin birindən sonra onun qeyri-məhdud hakimiyyətinin çiçəkləndiyi bir vaxtda gözlənilmədən Bakının tam mərkəzində Simonyan xidmətinin şöbəsi peyda olub. Özü də Əli Həsənovun şəxsi apartamentində - Beynəlxalq Mətbuat Mərkəzində. 

Xatırladaq ki, oliqarx Həsənovun korrupsioner pullarla tikilmiş dəbdəbəli daşınmaz əmlakı Azərbaycanın Rusiyaya muxtariyyət kimi qoşulması ideyasını inkişaf etdirən nəşrlərin və redaksiyaların çiçəklənməsi üçün bir tramplin olub.

2015-ci ildə həmin struktura rəhbər Vüqar Xəlilov təyin edilir.

Rusiyaya köçmək arzusu

Azərbaycanın keçmiş yüksək rütbəli məmurlarından biri zamanında qeyd edirdi ki, Əli Həsənov Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsini evinə dəvət edib və bu ziyafətdə rus mətbəxinə üstünlük verilib.

Bu səmimiyyətin hərarətində Həsənov ən dərin arzusundan - karyerasını başa vurduqdan sonra Moskvaya köçəcəyindən danışıb.

Həsənovun Moskvaya işləməsi haqda söz söhbət çoxdan gəzirdi və  o, itaətkarlıqla “baş rəisləri”nin bütün tapşırıqlarını yerinə yetirirdi.

Əli Həsənovun xəyanəti

Bir vaxtlar, Həsənov Kreml kuratorlarının və Simonyanın göstərişi ilə ayrıca Sputnik radiostansiyası yaratmaq ideyasını həyata keçirməyə çalışdı.

Uzun danışıqlardan, aparatdaxili intriqalardan sonra Həsənov Araz radiosunda Sputnik üçün yer (setka) ayıra bildi. 

Sputnikin mərkəzi ofisi Əli Həsənovla birlikdə yaradıcı kollektivin orijinallığını və tənqid azadlığını hər cür məhdudlaşdırır, daxili problemlərin kəskinləşməsinə diqqət yetirirdi.

Azərbaycan redaksiyaları bəzən erməni xidməti ilə əlbir olaraq Əliyev hakimiyyətinə qarşı çıxırdılar.

44 günlük müharibədə də Azərbaycan “Sputnik Azərbaycan”ın əsl üzünü gördü.

MÖVZU İLƏ BAĞLI:

Araik Arutyunyanın Simonyanla GİZLİ PLANI – Xankəndində nə baş verir? - TƏHLİL

Rusiyalı jurnalistlərdən TERRORA DƏSTƏK - Monte Melkonyanı ANACAQLAR - VİDEO

“Solovyov sindromu” və erməni xislətinin ORTAQ CƏHƏTİ
 

Misal üçün, 2019-cu ildə Sputnik Azərbaycan öz səhifələrində fəryad dolu başlıqlı analitik yazı dərc etdi:

“İnqilabi dəyişikliklər ərəfəsində: hər şey hazırdır, yalnız səylər qalır”...

Bütün qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, anti- Azərbaycan təbliğatı aparan, o cümlədən Əli Həsənovun şəxsi ideyalarını həyata keçirmək üçün fəaliyyət göstərən “Sputnik Azərbaycan”ın fəaliyyəti ölkəmizdə dayandırılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

End of content

No more pages to load

RADİO