“ABŞ Azərbaycan və Ermənistana ATƏT-in Minsk qrupu da daxil olmaqla hərtərəfli sülhə nail olmağa kömək etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bildirib.
"Biz aprelin 6-da Brüsseldə baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev arasında görüşü, sülh danışıqlarını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasına hazırlığın müsbət dinamikasını alqışlayırıq. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını təşviq etməyə davam edirik. Amerika Birləşmiş Ştatları uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ölkələrə kömək etməyə hazırdır”, - deyə Prays qeyd edib.
Bizim.Media