Azərbaycan - Almaniya əməkdaşlıq perspektivləri müzakirə edildi - FOTO

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya 68 Azərbaycan vətəndaşına sığınacaq vermədi


X.Xələfov Azərbaycan və Almaniya arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini və iqtisadi sahədə müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolunu vurğulayıb. Bu mənada ötən ay xarici işlər və energetika nazirlərinin Berlinə işgüzar səfərlərinin Almaniyanın yeni hökuməti ilə ikitərəfli gündəlikdəki məsələlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdəki vəziyyət, post-münaqişə dövrü ilə bağlı Azərbaycanın baxışı və regionda sülhün bərqərar olması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verərək Almaniyanın regionda yaranmış yeni reallıqlara anlayışla yanaşmasını müsbət qiymətləndirib.

Səfir Volfqanaq Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini ifadə edərək, Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.

Səfir baş tutmuş ikitərəfli yüksək səviyyəli səfərlərin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

V.Maniq Səfirliyin Bakıda Alman Akademik Mübadilə Xidməti (DAAD) və Goethe Mərkəzinin fəaliyyətinə xüsusi önəm verdiyini və bunun humanitar sahədə əlaqələrə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin 19-cu əsrdə alman icmasının Azərbaycanda məskunlaşması tarixi mirasının xalqlarımız arasındakı xoş münasibətlərə təsiri məmnunluqla xatırlanıb.

Daha sonra tərəflər diplomatik münasibətlərin 30 illiyi münasibətilə hazırlanmış fotoalbomla tanış olub.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs SAXLANILDI

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA

End of content

No more pages to load

RADİO