“İranın çirkli pulları Ermənistan vasitəsi ilə yuyulur” - Politoloq Rza Talibinin AÇIQLAMASI

“Əlbətdə, “İran Devrim mühafizləri” və ya Azərbaycanda deyildiyi kimi İran İslam İnqilab keşikçiləri Amerika Birləşmiş Ştatlarının sanksiyaları içərisindədir. Qərb onları terrorçu adlandırır. İndi nüvə məsələləri haqqında danışıqlarda çalışılır ki, SEPAH bu terrorçu listəsindən xaric edilsin”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı iranlı politoloq Rza Talibi səsləndirib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunu şərh edən politoloq bir çox məqamlara da diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

Rəqəmsal dünyanın SƏNƏT ƏSƏRLƏRİ – NFT-lər nədir, çirkli pullar burada necə yuyulur?


“Bilirsiniz ki, müharibədən sonra Zəngəzur koridorunun yaranmasından sonra İranda yersizcəsinə bir həssasiyyət yaradılıb. Bu onunla bağlıdır ki, Ermənistanla İran arasındakı sərhəd pozulur. Yəni İranda belə düşünürlər ki, delimitasiya və demarkasiya prosesi onlara mənfi təsir edəcək.

Hətta beynəlxalq ölkələrin, Rusiya, Azərbaycan və Türkiyənin kontrolu altına keçəcək. Bu strateji baxımdan İranı narahat edir. İndiki vəziyyətdə İranla ən yaxşı qonşuluq münasibəti olan Ermənistandır. Ona görə də, Ermənistana davamlı olaraq dəstək verir.
Bu dəstək çoxşaxəlidir. Həm Azərbaycanın güclənməməsinə, həm Türkiyənin Qafqazlarda yer almamasına çalışır. Digər tərəfdən Rusiya ilə işbirliyi vasitəsi ilə ermənilərə dəstək verir”. 

Rza Talibi hesab edir ki, Ermənistan sanksiyalar içərisində boğulan İran üçün kiçik nəfəs almağa şərait yaradır. Burada həm çirkli pulların yuyulması, həm də qanunsuz malların dünyaya satışı daxildir:

“Ermənistan İranın sanksiyalardan qurtulması üçün çox böyük önəmə sahibdir. Bunu daha əvvəl Estoniyadan gəlib Dubaya gedən təyyarə məsələsində də gördük ki, əl qoydular və Ermənistan hava yollarına aid olan bir təyyarə çıxdı. İçində olanlar isə hamıya məlumdur. Ermənistan vasitəsi ilə sanksiyalardan bir az da olsa qurtula bilir. İşi Ermənistan vasitəsi ilə görür. Çirkli pullar Ermənistan vasitəsi ilə yuyulur. Bu məsələnin iqtisadi tərəfidir”.

Təbii ki, siyasi və geostratejik olaraq da Azərbaycanın ərazidə güclənməsi, Azərbaycanın qalibiyyətinin daha da möhkəmlənməsi İranı narahat edir:

“Lakin diplomatik münasibətlərə xələl gəlməsini də istəmir. Paşinyan da Qərbə meyl etdiyi zaman, İrandan uzaqlaşdığı zaman Tehran çalışır ki, orada da vəziyyət gərginləşsin. Zəngəzur kooridorunun reallaşması isə İran iqtisadiyadiyyatına təsir edir. O kooridorun dünya üçün əhəmiyyəti çox önəmlidir. Belə olan zaman İran silinir.

İranda olan İpək yolu məsələsi də əhəmiyyətsiz olur. Çünki dünya üçün daha təhlükəsiz bir dəhliz açılmış olur. İrandakı vəziyyət bəlli deyil. Azərbaycanın istəyi ilə Türkiyə və Ermənistanla işbirliyi nəticəsində həmin kooridorun reallaşması həm Qafqazın inkişafına kömək edəcək, həm də İranın petrolla oynaması baxımından əlini qısıdlayacaq.
Necə ki, bu, daha öncə Ukrayna məsələsində Rusiyaya oldu. Həm də Rusiyanın savaşda olması, zəif olması, xüsusilə Qarabağda əvvəlki kimi güclü formada sülhməramlıların olmaması səbəb yaradır ki, İran savaşı başqa bir yerə çəksin. Daha doğrusu dünya mediası və diplomatiyasında başqa istiqamətə fokslandırmaq istəyir”. 

Politoloq bildirib ki, SEPAH-ın Azərbaycana barmaq silkələməsi, gərgin zamanlarda sərhədə yaxın ərazilərdə təlimlər keçirməsi isə digər ölkələrdə apardığı “haqq mübarizəsində” uduzan inqilab keçikçiləri üçün yeni mübarizə meydanım yaratması ilə əlaqələndirilir: 

“SEPAH hazırda çox gərgin vəziyyətdədir. İqtisadi baxımdan da təzyiq altındadır. Bütün bu çətinliklərə rəğmən ABŞ-a da bir hədə-qorxu gəlmək niyyətindədirlər. Öz aləmlərində bildirmək istəyirlər ki, “bizi terrorist qurupları siyahısında çıxarmasanız, ətrafımızdakı ölkələrin də güvənliyi olmayacaq”.
SEPAH-ın ideoloji bir missiyası olduğu üçün, xüsusən İran İslam Cümhuriyyətinin ideologiyasının yaratdığı nəticələri qorumaqla qalmadı. Sonradan iqtisadiyyata qarışdı. Daha sonra hökumətə girməsi, dövlətə girməsi, həm də rəsmi ordunu belə təsiri altında qoyması onunla izah edilə bilər ki, bunlar doymurlar.

Yəməndə, İraqda və Suriyada zəif düşməsi gözünü Qafqaza doğru aparır. Burada Çinə də bir mesaj verir. Deyir ki, “burada təhlükəsizliyi qoruyan mənəm və ərazidən gedən enerji borusu, yəni bütün bunlara məni də daxil etməniz lazımdır”.

Hər bir halda çox yanlış siyasi gedişlərlə diplomatiyadadır. Əgər SEPAH düzgün istiqamət götürsəydi, orada lider olan Azərbaycan və Türkiyə ilə bir iş birliyində olardı. Rusiya nüfuzunun altında qalan İran həm meydanda, həm diplomatiyada onsuz hərəkət edə bilmir”. 
Rza Talibi qeyd edib ki, mən SEPAH-ın yaydığı videoları ciddiyə almıram. Bəzən özləri inkar edir ki, “twitter” onlarda yasaq olduğundan bunları onlar etmirlər. Hər zaman olduğu kimi, küncə sıxışdığı zaman bunu deyir:

“Düşünürəm ki, bu sadəcə propaqandadır. Necə ki, müharibə dövründə də, orada sursatları yığdıqdan sonra, silah tədarükü zamanı da bildirdilər ki, yalan söhbətlərdir”, - politoloq əlavə edib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təbliğat xarakterli sonuncu videosunda təbliğatdan daha çox təxribat mesajları öz əksini tapıb. Videoda Azərbaycan və Türkiyəyə qarşı təhdid dolu aqressiya, Ermənistana isə dəstək yüklü açıq mesaj xarakteri daşıyan məqamlar yer alıb.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

End of content

No more pages to load

RADİO