XİN rəhbəri Misirin Azərbaycandakı yeni səfiri ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirin ölkəmizdəki yeni səfirini qəbul edib.

Bizim.Media Xarici İşlər Nazirlyinə (XİN) istinadən xəbər verir ki, səfir Hişam Mohamed Nağı Abdel Həmid etimadnaməsinin surətini nazirə təqdim edib.

Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Lavrovla danışıqlar apardı - SÜLH MÜQAVİLƏSİ HAZIRLANACAQ


Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfinin də bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyib.

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan ilə Misir arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.

O, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin inkişafı, iqtisadiyyat, elm-təhsil, enerji, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlığı məmnunluqla vurğulanıb və bu əməkdaşlığın gələcəkdə genişləndirilməsinin vacibliyi qeyd edilib.
Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, habelə azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə və yenidən quruculuq işləri ilə bağlı məlumat verib.

Nazir, həmçinin bölgənin gələcək sülh və əmin-amanlıq çərçivəsində inkişafı ilə bağlı Azərbaycanın baxışlarını həmsöhbəti ilə bölüşüb.

Hişam Mohamed Nağı Abdel Həmidi Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini xatırladaraq, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin maraq göstərdiyini bildirib.

Görüş zamanı səfir Hişam Mohamed Nağı Abdel Həmidi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münadibətilə Misir rəhbərliyi adından təbrik məktublarını nazir Ceyhun Bayramova təqdim edib.
İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

End of content

No more pages to load

RADİO