"ATƏT Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının himayəsi altında görüşünü alqışlayır".
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın ATƏT yanında daimi nümayəndəliyinin "Twitter" hesabında bildirilib.
"ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik İsveçdən Polşaya keçib.
Bizim.Media