Azərbaycanın Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Danimarkanın kraliçası II Marqreteyə etimadnaməsini təqdim edib.
Bu barədə Elin Süleymanov “Twitter” hesabında məlumat paylaşıb.
“Səmimi qəbula görə minnətdarıq və ikitərəfli əlaqələrin möhkəmlənməsini səbirsizliklə gözləyirik” – deyə Süleymanov paylaşımında qeyd edib.
Bizim.Media