DTX-da Beynəlxalq Komissiyanın rəhbərliyi ilə görüş keçirildi - FOTO

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzeri qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev Prezident İlham Əliyevin tapşırığına əsasən, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyünü qonaqların diqqətinə çatdırıb.

Komissiya sədri dünyanın bir sıra müharibə bölgələrində və təbii fəlakətlər zamanı itkin düşmüş şəxslərin axtarışı, məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində böyük iş təcrübəsinə, kadr potensialına və texniki imkanlara malik olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın bizim müvafiq Dövlət Komissiyası ilə əməkdaşlıq etmək barədə qərarını yüksək qiymətləndirdiyini, 30 ilə yaxın müddət ərzində itkin düşmüş qohumları barədə hər hansı məlumat ala bilməyən ailələrin intizarına son qoyacağına ümidini ifadə edib.

Azərbaycana səfərdən və yüksək səviyyəli qəbuldan məmnunluğunu  bildirən xanım Katrin Bomberger rəhbərlik etdiyi təşkilatın 1996-cı ildə yaradıldığı və 2014-cü ildə beynəlxalq təşkilat hüququ aldığı barədə məlumat verib, qurumun bölgədə baş vermiş silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi istiqamətində tərəflərlə əməkdaşlığa hazır olduğunu, yaxınlarını itirmiş ailələrin əzablarına son qoyulması üçün çalışacaqlarını bildirib.

Sonra Əli Nağıyev və Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalayıblar.
İmzalanma mərasimindən sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya rəhbərliyinin bir qrup itkin ailəsi ilə görüşü keçirilmiş, ailələri maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

“Enerji atəşkəsi ilə bağlı ruslardan cavab almamışıq” – Zelenski

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

Gəncədə qadın övladını xəstəxanaya qoyaraq ondan İMTİNA ETDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

“Sabah”dan ayrılan futbolçunun yeni klubu BİLİNDİ

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Zelenski: “Danışıqlar Moskva və ya Minskdə olmayacaq”

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - İDDİA

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

Türkiyə və Yunanıstan əməkdaşlıqla bağlı 7 sənəd İMZALADI - FOTO

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

End of content

No more pages to load

RADİO