“Şərtlər əlverişli olduğu bir vaxtda gələn il Türkiyədə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə çıxışında Ərdoğan və Putin arasındakı münasibətlərdə olan qarşılıqlı inamın həm ikitərəfli, həm də regional münasibətlərin inkişafına xidmət etdiyini vurğulayıb:
“Bu gün biz gələn il Türkiyədə iki ölkə prezidentinin görüşü üçün hazırlıq aparacağıq. Ankara Moskva ilə sıx dialoqdan və bu dialoqu dəstəkləyən qurumların aktiv işindən razıdır”, - deyə Çavuşoğlu bildirib.
Bizim.Media