Soçidə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Qurum görüşün təfərrüatı ilə bağlı hələ ki açıqlama verməyib.
Qeyd edək ki, görüşdə bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı Dağlıq Qarabağ, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması, eləcə də Azərbaycanın sərhəd təhlükəsizliyi mövzularının müzakirəsi nəzərdə tutulurdu.
Bizim.Media