İran Prezidenti İlham Əliyevə MƏKTUB YAZDI

İran Prezdenti İbrahim Rəisi azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media-nın xəbərinə görə, məktubda deyilir:

“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.

Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir.
İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.

İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir.

Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.
Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram.

Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Karton qutuları zibilə atanlar peşman olacaq: səbəb

Karton qutuları zibilə atanlar peşman olacaq: səbəb

Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR

Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR

Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Bu şəhərdə şəxsi ev, pul yoxdur - Hamı bir-biri üçün işləyir

Bu şəhərdə şəxsi ev, pul yoxdur - Hamı bir-biri üçün işləyir

Metroya yaxın evlər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Metroya yaxın evlər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hava KƏSKİN DƏYİŞİR – Temperatur yüksələcək, yağıntı kəsiləcək

Hava KƏSKİN DƏYİŞİR – Temperatur yüksələcək, yağıntı kəsiləcək

Bakıda yeni metro stansiyası açılır – BU TARİXDƏ – VİDEO

Bakıda yeni metro stansiyası açılır – BU TARİXDƏ – VİDEO

BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

Rəhim Həsənov hakimin səhv qərar verdiyini təsdiqlədi - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini təsdiqlədi - VİDEO

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

End of content

No more pages to load

RADİO