Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu bu gün Soçiyə işgüzar səfərə gəlib.
Səfərin məqsədi Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında iştirak etməkdir.
Qeyd edək ki, toplantı çərçivəsində M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüşdə Dağlıq Qarabağdakı vəziyyət və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də müzakirə olunacaq.
Bizim.Media