Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Kreml yayıb.
Mənbə qeyd edir ki, tərəflər 10 noyabr 2020-ci bəyanatlarının bütün müddəalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər Qarabağdakı son vəziyyəti də müzakirə ediblər.
Bizim.Media