“Rusiyanın regional münaqişələrin və böhranlı vəziyyətlərin nizamlanması ilə bağlı səyləri konkret nəticələr verib. Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda hərbi münaqişələr bitib və sülh bərpa olunub”.
Bizim.Media-nın məlumata görə, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2020-ci ilin Əsas xarici siyasət yekunlarına dair hesabatda əksini tapıb.
Qeyd edilib ki, əhaliyə fövqəladə humanitar yardım göstərilib, qaçqınların qayıtması üçün şərait yaradılıb, sülhməramlı əməliyyat həyata keçirilib.
Hesabatda Atəşkəsə nəzarət olunması üçün Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılması ilə bağlı razılaşma da yer alıb.
Bizim.Media