Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşü ilə bağlı məlumat yayıb.

XİN-dən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ATƏT-in fəaliyyətdə olan sədri qismində ölkəmizə rəsmi səfəri çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazirlər ikitərəfli gündəlikdə duran əsas məsələləri, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ATƏT ilə əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan Polşa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, və ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin inkişaf etməkdə olduğunu vurğulayıb.
Bu xüsusda, iki dövlət rəhbəri tərəfindən 2017-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”yə istinad edilib.

Nazir, cari ilin ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunması ilə əlamətdar olduğunu bildirib və bu münasibətlə təbriklərini çatdırıb.

Nazir Zbiqnev Rau ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə məmnunluqla istinad edib.

Nazir Ceyhun Bayramov Polşalı həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən atılan addımlar, bölgədəki son gərginliyin səbəbi və Ermənistan tərəfindən birgə bəyanatın müddəalarının pozulması, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri ilə bağlı məlumat verib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, ATƏT-in post-münaqişə mərhələsində normallaşma prosesinə töhfəsi, habelə regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya ordusu Kiyevə zərbə endirdi: Yaralananlar var - VİDEO

Rusiya ordusu Kiyevə zərbə endirdi: Yaralananlar var - VİDEO

Karton qutuları zibilə atanlar peşman olacaq: səbəb

Karton qutuları zibilə atanlar peşman olacaq: səbəb

Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR

Müəllimlərə maaş artımı ilə bağlı ŞAD XƏBƏR

Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Sərnişin təyyarəsinə hücum: Pilotlar öldürüldü – VİDEO

Bu şəhərdə şəxsi ev, pul yoxdur - Hamı bir-biri üçün işləyir

Bu şəhərdə şəxsi ev, pul yoxdur - Hamı bir-biri üçün işləyir

Metroya yaxın evlər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Metroya yaxın evlər UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hava KƏSKİN DƏYİŞİR – Temperatur yüksələcək, yağıntı kəsiləcək

Hava KƏSKİN DƏYİŞİR – Temperatur yüksələcək, yağıntı kəsiləcək

Bakıda yeni metro stansiyası açılır – BU TARİXDƏ – VİDEO

Bakıda yeni metro stansiyası açılır – BU TARİXDƏ – VİDEO

BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

Rəhim Həsənov hakimin səhv qərar verdiyini təsdiqlədi - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini təsdiqlədi - VİDEO

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Aparıcını çəkiliş üçün əməliyyat otağına saldılar - Reklam naminə risk - VİDEO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə MƏLUMATLANDIRILDI - FOTO

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Bu qidaları yedikdən əvvəl və sonra çay İÇMƏK OLMAZ

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğraydı - ŞİKAYƏT/VİDEO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

"Sahib" şadlıq evində nöqsanlar AŞKARLANDI - FOTO

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Meteohəssas insanlar üçün bu günün PROQNOZU

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Qurban Qurbanovun qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

Novxanıda dəniz sahilində gəzən 89 yaşlı kişi öldü

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Həmyerlimiz Rusiyada ölü TAPILDI - FOTO/ÖZƏL

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

Zelenski: “Ukraynada seçki prosesinə hazırlıq var”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

“Atanı uşağa qolu qandallı göstərməklə qəhrəmanını öldürməyin”

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

Tramp və Netanyahu arasında görüş başa çatdı - YENİLƏNİB

End of content

No more pages to load

RADİO