Azərbaycan Mixail Delyaginə cinayət işi açıb, İNTERPOL-a verdi

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirmişdir.

Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilmişdir.

Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilmişdir.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

Bundan sonra keçmişinizlə sizi “vura” bilməyəcəklər – Unudulmaq hüququnuz var

End of content

No more pages to load

RADİO