1 il əvvəl 2 dəfə bahalaşan suyun qiyməti yenidən QALXIR? – Ekspert ÇIXIŞ YOLU göstərdi

Xəbər verildiyi kimi “Azərbaycanda sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Tarif (qiymət) Şurası bu Qərarla təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir.

İctimaiyyətdə ciddi müzakirələr doğuran bu məsələ birmənalı qarşılanmayıb. Son vaxtlar ölkədə şirin su ehtiyatının azalması və qənaətlilik prinsipinin əsas götürülməsi fonunda belə bir məsələnin gündəmə gəlməsi su tariflərinə yenidən baxılması anlamına gəlir ki, bu da bilavasitə növbəti bahalaşmadan xəbər verir. 
 

MÖVZU İLƏ BAĞLI:

Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB


Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli su tarifləri ilə bağlı problemin davamlı olacağını qeyd edib:

““Azərsu” ASC 2020-ci ildə dövlətə ödədiyi su pulundan 40 dəfə çox dövlət büdcəsindən pul alıb. Yəni, bu gün Azərbaycan vətəndaşının istifadə etdiyi 1 kub suyun qiyməti, hökümət nöqteyi nəzərdən baxanda 1 deyil, 40 manatdır. Sadəcə olaraq o 40 manatın 1 manatını Azərbaycan vətəndaşı ödəyir, 39 manatını isə dövlət ödəyir. Tarif Şurası isə bu qiymətlərin uyğunlaşdırılması üzərində “baş sındırır” , necə etsin ki, suya büdcədən çəkilən xərc azaldılsın.  Beləliklə də, bunun bir yolunu suyun qiymətini artırmaqda görürlər. Yəni vətəndaşlardan yığılan vəsait çoxalsın. Bu isə doğru yol deyil. Əgər Tarif Şurasının tərkibində ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndəsi olanda bu məsələni orada qaldıracaq”.

Ekspertin sözlərinə görə sözsüz ki, “Azərsu” ASC-nin də xərclərində digər dövlət şirkətləri kimi çox ciddi şişirtmələr var:

“Bu şişirtmələr nəticəsində suyun pulu dövlətə bu cür baha başa gəlir. Halbuki problemin yolu bütün dövlət şirkətlərinin, o cümlədən “Azərsu” ASC-nin özəlləşdirilməsidir. Şirkəti ən azı 10-15 yerə bölüb, özəlləşdirmək lazımdır. Həmin rəqabət mühitində su neçəyə başa gələcəksə, onu bazar müəyynləşdirəcək. Bu yol seçilməyənə qədər su tarifləri ilə bağlı problem davam edəcək”. 

Qeyd edək ki, hələ 1 il əvvəl, konkret desək 2021-ci ilin fevralında Tarif Şurası tərəfindən suyun qiyməti 2 dəfə qalxıb.

Bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.
Halbuki ondan əvvəl Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat idi. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

End of content

No more pages to load

RADİO