İlham Əliyevdən MDB PA-nın üzvlərinə müraciət - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxış edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Sonra müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən Milli Məclisin sədri təşkilata bundan sonra da inkişaf və tərəqqi arzularını ifadə edib.
Spiker diqqətə çatdırıb ki, Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir. Sahibə Qafarova qeyd edib ki, son iki ildə dünyanı bürümüş pandemiyaya baxmayaraq, Milli Məclis Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyətini davam etdirib, nümayəndə heyətimizin üzvləri təşkilatın onlayn və əyani tədbirlərində iştirak edib və ayrı-ayrı komissiyaların rəhbərliyində təmsil olunublar.

Milli Məclisin sədri çıxışında Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar haqqında da məlumat verib. Bildirib ki, bu gün postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir.

Biz Ermənistandan da həmin bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik.

Spiker deyib ki, Ermənistan konstruktiv yanaşma göstərməli və münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı surətdə tanınması, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əsasında normallaşmasına çalışmalıdır.
Bu, regionda real sülhə və sabitliyə nail olmaq üçün yeganə yoldur.

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Simonyanın iclasda iştirakını nəzərə alaraq xatırladıb ki, biz hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan cavab gözləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

End of content

No more pages to load

RADİO