Rus deputatın “Bakını bombalamaq” SAYIQLAMASI – Rusiya qonşuları ilə düşmən olmaqda qərarlıdır – VİDEO 

Son günlərdə Rusiya siyasi çevrələrində və bir sıra rəsmilərin açıqlamalarında Azərbaycana qarşı açıq aqressiya hiss olunmaqdadır. Belə ki, ilk növbədə üç Azərbaycan saytının Ukrayna rəsmi mənbələrinə istinadla xəbərlər dərc etməsi səbəbindən bloklanması, daha sonra Rusiya Müdafiə Nazirliyinin təxribat dolu feyk açıqlamalarına şahidlik etdik.

İndi isə, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycana qarşı açıq təhdidlər yağdırmağa başlayıb. Rus deputat Rusiyanın dövlət kanalında qonaq olduğu verilişlərin birində Azərbaycan ordusunun Fərrux kəndində möhkəmlənməsinə sərt şəkildə cavab verilməsinin vacibliyini qeyd edib:

“Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər dedi ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu, Amerika və Türk aqressiya siyasətidir və Türkiyənin dövlət adlanırdığımız əlaltılarının davranışları bugünkü gündə real təhlükədir.

Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa… Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməsək, biz olmayacağıq”.
Delyaginin cəmi bir abzasda bu qədər absurdluğu sığdırması həqiqətən də “alqışalayiqdir”.

Əvvəla, özünü “super güc” kimi təqdim edən ölkənin deputatının, özü ilə hərbi və iqtisadi baxımdan müqayisə olunmayacaq ölkəni təhdid etməsinin özü gülüncdür. Belə görünür ki, Moskva Ukraynadakı uğursuzluqlarını pərdələmək və “güclü Rusiya” mifini davam etdirmək üçün digər qonşularına qarşı aqressiv ritorika seçməyə məcbur olub.

İkincisi, Rusiyalı deputat Azərbaycanın öz suveren ərazilərində dislokasiya işləri aparmasını “Türk aqressiyası” ilə əlaqələndirib. Deputatın Rusiya-Ukrayna münaqişəsində sülhün təmin olunması üçün real addımlar atan yeganə ölkəni – Türkiyəni aqressor kimi göstərmək cəhdləri isə Moskvanın sülhə heç də isti baxmadığını göstərir. Üstəlik, Türkiyənin Rusiya-Ukrayna dialoquna ev sahibliyi etdiyi bir vaxtda...

Üçüncüsü, Azərbaycanı Türkiyənin əlaltısı adlandırılması isə, deputatın rəsmi Bakı və Ankara arasındakı münasibətlərin inkişafından doğan narahatlığının təzahürüdür.

Dörüdüncüsü, rusiyalı deputat məhz Azərbaycanın neft mədənlərinin bombalanmasını təklif edib. Görünür, Azərbaycanın Avropa bazarlarında Rusiya enerjisinə alternativə çevrilməsi açıqlamaları belə Moskvada böyük narahatlıqla qarşılanıb.

Beşincisi, əgər Rusiyanın Azərbaycan Müdafiə Naziriliyinin açıqlamasına cavab olaraq, ölkəmizi hədəf alması Rusiya üçün varlıq məsələsi kimi təqdim edilirsə, bu şimal qonşumuzun nə qədər çətin durumda olduğunu bir daha sübuta yetirib.

Altıncısı, Rusiya üçün Ukraynada 48 saatlıq asan yem idi. O ki qaldı, Türkiyə ilə hərbi müttəfiq olan Azərbaycan...

Verilişin aparcısının fikirləri isə, heç də qonağınkından geri qalmayıb. Belə ki, aparıcı Moldova və Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasını, əvəzində Azərbaycanın Rusiya MN-i təkzib edən açıqlamalar verməsinin suallar doğurduğunu bildirib.

Bu açıqlama Azərbaycanın müstəqil siyasət yürütməsinin Rusiyada nə qədər narahatlıqla qarşılandığının bariz isbatıdır.
Ümumilikdə isə, Rusiya telekanallarının Azərbaycana qarşı bu cür təxribat dolu fikirləri tirajlamasına ilk dəfədir ki, rast gəlmirik. Eyni zamanda bu tip açıqlamalar Rusiyanın özünə qarşı da təxribatdır. 

Çünki...

1. Sülhmərmalı və vasitəçilik missiyası ilə çıxış edən ölkənin deputatının aqressiv təhdidlər sovurması Rusiyanın sözügedən rollarınının davam etməsini sual qarşısında qoyur.

2. Azərbaycanla 1 ay öncə müttəfiqlik müqaviləsi imzalayan ölkənin deputatı rəsmi Bakını hücumla hədələyirsə, bu Moskvanın qol qoyduğu sənədlərə etimadı sıfıra endirir.

3. Bu tip açıqlamalar Rusiyaya qarşı neytral mövqeyini qoruyan azsaylı ölkələrdən daha birində Moskvaya qarşı ictimai rəy yaradır.

Maraqlıdır ki, biz hər zaman bu cür dəli sayıqlamalarını RLDP lideri Vladimir Jirinovskidən eşitməyə öyrəşmişdik. İndi isə, Jirinovski ölüm ayağındadır. Görünür, Moskva LDP lideri ölməmiş, onun yerinə özünə yeni dəli tapmağı artıq bacarıb.

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

Bolqarıstan klubu “Qarabağ”ın legioneri ilə MARAQLANIR

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

ABŞ-ın ən böyük innovatorları: Mask, Bezos və Qeyts ilk üçlükdə

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Bir zamanların fenomen hakimi idi, indi “parkovşik” işləyir... – Akif Adıgözəlovla MÜSAHİBƏ

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Şahin Şıxlinski bu maddələr üzrə təqsirli bilindi

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

Telli Borçalının qardaşı tədbirdə saz çalandan sonra ölübmüş – VİDEO

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv edəcəkmi?

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Qusarda bədbəxt hadisə: 33 yaşlı kişi tüstüdən boğuldu

Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

Cəlilabadda güclü qar ağacı 60 yaşlı qadının üzərinə aşırdı – VİDEO

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

İnsanlar ömrü boyu neçə dəfə aşiq olur?

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Avropanın bu şəhərində gecə rahat yata bilməzsiniz – Kiyev siyahıda yoxdur

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşdü

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

BMW yüzminlərlə avtomobilini geri çağırır – SƏBƏB

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

“Köhnə qitə”də SAVAŞ HAZIRLIQLARI – ABŞ-dan uzaqlaşma, yoxsa yeni geosiyasi oyun?

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Pensiya kapitalı bu qədər ARTIRILDI – DƏQİQ MƏBLƏĞ

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Buz meydançasında həyəcanlı anlar– VİDEO

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elnarə Abdullayeva həyat yoldaşı ilə foto paylaşdı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Bu BÜRCLƏR 2026-cı ildə ideal cütlük olacaq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sumqayıtda yanan evdə meyit TAPILDI

Sumqayıtda yanan evdə meyit TAPILDI

End of content

No more pages to load

RADİO