''Sülhməramlılar Ermənistanın mövqeyinə qulaq asırlar'' - Rusiyalı politoloq

“Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb”.

Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.

“Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda statusla bağlı heç bir qeyd yoxdur. Lakin bununla belə Rusiya rəsmilərinin bəyanatlarında Dağlıq Qarabağın gələcək statusları ilə bağlı fikirlərə rast gəlinir.

Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağdakı separatçı rejimin bayrağı nümayiş olunur. Rusiya sülhməramlılarının bunu etməkdə məqsədi nədir?” sualına rusiyalı politoloq belə cavab verib:

“Dağlıq Qarabağın statusu məsələsi gələcək üçün ən ciddi maneə olacaq. Bu gün statusla bağlı Azərbaycan və erməni tərəfində olan anlayışlar arasında böyük ölçüdə məsafə mövcuddur. Azərbaycan Dağlıq Qarabağa adi status təklif edir. Bu, Azərbaycanın bir regionunun adi vilayət statusudur. Azərbaycan həmin regionun erməni vətəndaşlarının digər Azərbaycan vətəndaşları kimi bərabər hüquqluluğunu maksimal dərəcədə təmin edəcəyini bildirir.

Ermənistan rəhbərliyi isə Dağlıq Qarabağın əvvəlki statusunun qalmasının tərəfdarıdır. İrəvan ancaq ermənilərdən ibarət olan və Laçın dəhlizi vasitəsi ilə monoetnik Ermənistana inteqrasiya olunmuş “tanınmamış respublika”nın qalmasını və bütün bu prosesin Rusiya sülhməramlıları tərəfindən qorunmasını istəyir. Bu iki anlayış arasında böyük məsafə var.

Hesab edirəm ki, gələcək danışıqlar Dağlıq Qarabağın yeni statusuna mərhələli keçidi təmin etməlidir.

Hansı ki, bu status Dağlıq Qarabağı bir region kimi Azərbaycanın siyasi, dövlət və iqtisadi məkanına tamamilə inteqrasiya olunmasını təmin etməlidir.

Bunu həm də Birləşmiş Millətlər Təşkilatının əsas prinsipləri də deyir. Lakin bu yolu keçmək yetərincə çətindir. Bilirik ki, Azərbaycan Dağlıq Qarabağda yeni müharibə istəmir. Azərbaycan kommunikasiyaların tamamilə açılmasına və ermənilərin ölkə məkanına inteqrasiyasına üstünlük verir.

O ki qaldı Rusiya sülhməramlılarına, deyim ki, onlar daha çox Ermənistan tərəfinin mövqeyinə qulaq asırlar. Düşünürəm ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə əməkdaşlığı maksimal dərəcədə gücləndirməlidir. Onlarla daha çox təmasda olub, danışıqlar aparılmalıdır. Əminəm ki, Rusiya sülhməramlıları bu vəziyyətdə Azərbaycan tərəfini, onun düşüncəsini, məntiqini daha çox anlamağa başlayacaqlar”.

S. Markov qondarma rejimin bayrağının Rusiya sülhməramlılarının fonunda nümayiş olunmasını qəbuledilməz hesab edir:

''O ki qaldı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlılarla birgə nümayiş olunmasına, düşünürəm ki, o bayrağın orada olması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb. Həmin saziş qondarma rejimlə Azərbaycan arasında deyil, Ermənistanla Azərbaycan arasında bağlanıb''.

 

''Üçtərəfli bəyanatda heç bir “tanınmamış respublikanın” adı yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan tərəfi Rusiyaya təklif etməlidir ki, sülhməramlı əməliyyat prosesində ancaq Azərbaycan, Rusiya, Ermənistan və BMT-nin simvolları iştirak etsin. Məncə, Rusiya sülhməramlıları bununla tamamilə razılaşacaqlar. Azərbaycan tərəfini Rusiya sülhməramlıları ilə daha çox kommunikasiya qurmağa çağırıram''.

Rusiyalı siyasi ekspert ermənilərin dünən Xocavənd rayonunda Azərbaycan hərbçilərinə hücum etməsinin atəşkəs sazişinə zərbə olduğunu söyləyib:

“Ermənistan silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə hücumu Dağlıq Qarabağda atəşkəsin sülh ruhunu pozur. Düşünürəm ki, bu təxribat Paşinyan hökuməti ilə bağlı deyil. Çünki rəsmi İrəvan yaxşı başa düşür ki, atəşkəsin pozulması qalib Azərbaycan Ordusunun döyüş fəaliyyətini davam etdirməsi və qalan əraziləri də nəzarətə götürməsi ilə nəticələnəcək. Bu fəlakət isə Ermənistan əhalisinin Paşinyana daha çox nifrət etməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, atəşkəsin pozulması ilə ya ultramillətçi təşkilatlar, “Daşnaksütyun”, “Sasna Tsrer”, ya da Dağlıq Qarabağ və ətraf rayonları 90-cı illərin əvvəlində işğal edən və bu gün ordan çıxmağa etiraz edən hansısa erməni qrupları məşğuldurlar. Mümkündür ki, həmin erməni qrupları ilə ultramillətçilər arasında hansısa bağlılıq var.

Bütün hallarda bu cür partizan faəliyyətinin məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan ya təminat verməlidir ki, bu cür hallar baş verməyəcək, ya da həmin qruplara, diversiya aktlarını təşkil edənlərə qarşı üçtərəfli hərbi əməliyyat keçirilməlidir.

Erməni diversantlara qarşı əməliyyatda Rusiya, Azərbaycan və Ermənistan hərbi bölmələri iştirak etməlidir ki, regionda hamının təhlükəsizliyi təmin olunsun.

Əgər indiki halda ancaq Azərbaycan tərəfinə hücumlar olursa, onda ilk növbədə Azərbaycan hərbçilərinin və gələcəkdə isə oraya qayıdacaq Azərbaycanın dinc əhalisinin təhlükəsizliyi təmin olunmalıdır. Bu, çox vacibdir. Artıq indidən bu haqda düşünmək lazımdır”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Rusiya keniyalıları da aldadıb, müharibəyə göndərirmiş... – DETALLAR

Rusiya keniyalıları da aldadıb, müharibəyə göndərirmiş... – DETALLAR

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Azərbaycan UEFA reytinqində GERİLƏDİ

Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

Çinli turistləri daşıyan mikroavtobus Baykal gölündə batdı: 8 nəfər öldü

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Qadınların hərbi xidmət keçməsi ilə bağlı YENİLİK

Meyxanaçı Samirənin müğənni qızı SAXLANILDI

Meyxanaçı Samirənin müğənni qızı SAXLANILDI

Fevralın 21-də 21 dərəcə isti olacaq – PROQNOZ

Fevralın 21-də 21 dərəcə isti olacaq – PROQNOZ

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq

Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Elektron siqaretlərdən istifadə edənlər cərimə OLUNACAQ – MƏBLƏĞ

Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

Deputat: “Sürücülər yolu soruşa-soruşa gedir, turistlər azır...”

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

“O iki müğənnini verilişimə dəvət etməyəcəyəm"

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video

Gömrük terminalında maşının altından meyit tapıldı

Gömrük terminalında maşının altından meyit tapıldı

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Yarıçılpaq videolarını paylaşan bloger cəzalandırıldı - Yeni maddə ilə - FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

Xocavənd şəhəri və Xocavənd kəndinə İLK KÖÇ: 194 nəfər qayıdır – FOTO

End of content

No more pages to load

RADİO