Bolqarıstanın Moskvadakı səfiri Atanas Krıstin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb rusiyalı diplomatın Sofiyadan çıxarılmasıdır.
Səfir vəziyyəti şərh etməyib.
Qeyd edək ki, dekabrın ortalarında Bolqarıstan prokurorluğu diplomatik statusa malik Rusiya vətəndaşının hərbi məlumat toplamasından şübhələndiyini açıqlayıb.
Həmin şəxs persona non-qrata elan edilib və ölkədən çıxması üçün 72 saat vaxt verilib.
Rusiya səfirliyi isə bu addımı əsassız adlandırıb. Belə hərəkətlərin hərbi sahədə, eləcə də Qara dəniz bölgəsində sabitliyin möhkəmlənməsinə mane kimi qiymətlədirib.
Diplomatik nümayəndəlik cavab hüququnu özündə saxladığını diqqətə çatdırıb.
Bizim.Media