Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfəri zamanı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmas ilə bağlı iki ölkə arasında razılaşmaya diqqət çəkən Çavuşoğlu bu istiqamətində müzakirələrin davam edəcəyini vurğulayıb.
''Azərbaycanın sərhəd təhlükəsizliyi, ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bununla əlaqədar gələcəkdə atılacaq addımları müzakirə edəcəyik'', - deyə türkiyəli nazir bildirib.
Xatırladaq ki, dekabrın 29-da Soçidə Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclası keçiriləcək.
Bizim.Media