NATO-nun Ukraynaya yetərli dəstək göstərməməsinin əsas səbəbi budur - Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya-Ukrayna müharibəsinin hər an dayana biləcəyini istisna etmir. Onun fikrincə, qərarı Rusiya prezidenti Vladimir Putin verəcək.

Hərbi əməliyyatların 31-ci günündə Bizim.Media-nın suallarını cavablandıran Metyu Brayza NATO-nun Ukraynaya gözlənilən dəstəyi göstərməməsini üçüncü dünya müharibəsini başlatmaq istəmədikləri ilə əlaqələndirib.

Bu gün Ukrayna torpaqlarında 30-cu gündür ki, müharibə davam  edir. Rusiya Prezidenti cənab Putini yaxından tanıyan bir diplomat olaraq soruşmaq istərdik ki, bu müharibə hansı halda dayana bilər?

- Rusiya Ukraynanın işğalını istədiyi vaxt dayandıra bilər, çünki müharibəni qızışdıran və Ukraynanı işğal edən Rusiyadır. Ukrayna Rusiya üçün heç bir təhlükə yaratmırdı. Beləliklə, müharibəni nə vaxt dayandırmaq tamamilə prezident Putinin qərarlarından asılıdır. Yeri gəlmişkən, bu, ən azından hələlik Rusiyanın qətiyyən qazanmadığı və əksinə uduzduğu müharibədir. 

- Cənab Brayza, NATO-nun Ukraynaya birbaşa dəstəyini hiss etmirik. Düzdür dolayı yollarla yardımlar edilir. Ötən gün reallaşan sammitdə də bunu gördük. Və ən önəmli sual, biz həqiqətən 3-cü dünya müharibəsini yaşayırıq?

- Prezident Putin NATO ərazisinə hücum etmək qərarına gələrsə, müharibə NATO ərazisinə yayıla və bəzi insanların dünya müharibəsi adlandırdığı müharibəyə çevrilə bilər. O, son bir neçə gündə Polşaya qarşı təhdidlər səsləndirib. NATO-nun cavabı isə tamamilə aydın oldu ki, NATO öz ərazisinin hər kvadratmetrini müdafiə edəcək. Bu da o deməkdir ki, təşkilat üzvü olan istənilən dövlətə hücum edən hər hansı Rusiya qüvvələri ilə döyüşəcək və onları məhv edəcək. Amma hələlik, sizin dediyiniz kimi, NATO-nun Ukraynaya dəstəyi birbaşa deyil. Bu dəstək həm xeyli sayda rus helikopterini sıradan çıxaran portativ hava hücumundan müdafiə sistemlərini, həm də ABŞ və Böyük Britaniya tərəfindən təmin edilən tank əleyhinə raket sistemləri kimi döyüş meydanında çox faydalı silahların təmin edilməsini əhatə edir. Hətta indi Almaniya da Ukraynaya bu cür yardım edir. Bu, tarixi bir dəyişiklikdir, çünki Almaniya heç vaxt öz ərazisindən kənardakı heç bir dövlətə hərbi yardım etməyib.

- Sizcə də ümidi NATO-ya olan bir ölkə üçün (Ukrayna – Red) qurum başqa addım ata bilməz?

-NATO Rusiyaya ən yaxın olan üzv ölkələrdə, yəni üç Baltikyanı dövlətdə, eləcə də Polşada daha çox NATO qüvvələri yerləşdirməklə Ukraynanı dəstəkləyir. Və dünən də elan edildiyi kimi, Rumıniya, Macarıstan Slovakiya və Bolqarıstanda yerləşdiriləcək dörd yeni döyüş qrupu yaradılacaq. Bununla da NATO təşkilatın Şərqi Avropadakı mövcudluğundan narahat olduğu üçün bu müharibəni başlatdığı iddia edilən Putinə böyük strateji zərbə vurur. Bu müharibə nə qədər uzun olsa, Putin NATO-nun hərbi mövcudluğunu getdikcə daha çox hiss edəcək. Lakin hələlik NATO açıq şəkildə bildirib ki, Ukraynada öz qoşunlarını yerləşdirmək istəmir, əksinə, Rusiya ilə birbaşa hərbi münaqişədən qaçmaq istəyir. 


- Polşanın NATO sammitində sülhməramlılarla bağlı açıq təklifi var idi. NATO bunu edəcək?

- Bəli, NATO-nun Brüsseldə keçirilən sammitində Polşa tərəfi təklif edib ki, NATO və ya ən azı NATO-ya üzv dövlətlər Ukrayna daxilində sülhməramlı missiyada öz əsgərlərindən bir neçəsini yerləşdirsinlər. NATO-nun bunu təsdiqləyəcəyini düşünmürəm. Bu, Ukrayna prezidenti Zelenskinin davamlı olaraq irəli sürdüyü təklifə bənzəyən yeni bir təklifdir ki, bu da NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratması deməkdir, lakin hər iki halda, istər sülhməramlı qüvvə olsun, istərsə də uçuşa qadağa zonası, NATO və ya təşkilata üzv dövlətlər məsələyə qarışarsa, NATO-nu Rusiya ilə müharibədə görəcəyik. Bu isə bizi bunun Dünya Müharibəsinə səbəb olub-olmayacağı ilə bağlı sualınıza qaytarır.

- Ən önəmli məqam, Rusiyanın dünyanı hədələdiyi kimyəvi silah. Bu baş tuta bilər?

- Əgər prezident Putin özünün dediyi kimi "ənənəvi hərbi münaqişənin gərginliyini azaltmaq, qarşı tərəfi döyüşü dayandırmağa məcbur etmək" üçün Rusiyanın hərbi doktrinasının bir hissəsi kimi kimyəvi və ya nüvə silahlarından istifadə edərsə, məncə, biz NATO-nun baş katibi Stoltenberqin də dünən dediyi kimi tamamilə fərqli mənzərənin şahidi ola bilərik. Və bu, Rusiya üçün çox ciddi hərbi zərərə səbəb ola bilər.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

End of content

No more pages to load

RADİO