İlham Əliyev Şarl Mişeli təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media-nın məlumatına görə, mətndə deyilir: 

"Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. 

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram. 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması və nəqliyyat-kommunikasiya bağlantılarının qurulması prosesinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. 

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə xidmət edən humanitar layihələrə Avropa İttifaqının dəstək vermək niyyətini təqdir edirik. 

Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur. Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açıb. 
 

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaq.


İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

End of content

No more pages to load

RADİO