GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Bizim.Media-nın məlumatına görə, bu barədə təşkilatın rəsmi tvitter hesabında paylaşım edilib.
Qeyd edilib ki, Xarici İşlər Nazirləri Şurasının 36-cı iclası videokonfrans formatında baş tutub.
İclasda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani, Moldovanın Xarici İşlər naziri Aureliu Ciocoi və Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar iştirak ediblər.
Bizim.Media