"Vaşinqton Post" Azərbaycan Ordusunun peşəkarlığından yazdı

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, döyüş qabiliyyəti, malik olduğu müasir silahlar və qazandığı qələbə hələ də beynəlxalq ictimaiyyətin, hərbi-siyasi dairələrin və mətbuatın diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, bununla bağlı növbəti təhlil ABŞ-ın məşhur “Vaşinqton Post” qəzətində dərc olunub.

“Rus tankları məhv edilir: onlara müasir müharibələrdə hələ də ehtiyac varmı?” adlı məqalə Rusiya-Ukrayna müharibəsinə həsr olunsa da, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindəki zəfərinə də yer verilib.

Müəllif Maks But yazır ki, Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları (TB2 PUA-ları) və İsrail istehsallı silahlar Azərbaycanın 2020-ci ildə qazandığı qələbədə mühüm rol oynayıb. Onun sözlərinə görə, İkinci Qarabağ savaşı zamanı Ermənistanın hərbi texnikasının 47 faizi məhv edilib və ya zədələnib.

Məqalədə, həmçinin “Armi Tayms” qəzetində dərc olunan bir materialdan sitat gətirilərək göstərilir ki, PUA-ların dəqiq zərbələri düşmən tanklarını tamamilə məhv edir və ya onların hərəkətlərinə mane olurdu.

M.But Rusiya-Ukrayna müharibəsi barədə yazır ki, ukraynalılar indi də Türkiyənin “Bayraktar” PUA-larından istifadə edirlər:

“Açıq mənbəli hesabatlar göstərir ki, ruslar 300-ə yaxın tank və 500-dən çox zirehli texnika daxil olmaqla 1600-dən çox maşın və texnika itirib”. Burada ABŞ-ın Ukraynaya dəstəyi ilə yanaşı, Türkiyə istehsallı silahların istifadəsinin əhəmiyyəti də xüsusi vurğulanır.

Müəllif Ukraynada davam edən müharibənin texniki tərəflərini analiz edib. O yazır ki, Rusiya tankları göstərildiyi kimi güclü deyil:

“Əgər rus tankları daha yaxşı olsaydı, indiki durum yaranmazdı”.

Məqalədə tanklar üçün zirehin önəmi vurğulanıb. Qeyd olunub ki, müharibədə zirehli tanklara üstünlük verilməsi daha az itki deməkdir:

“Məsələ tanklara sahib olmaqda yox, onların texniki təminatındadır. Bu məsələdə bütün tərəflər yekdildirlər ki, Rusiya öz tanklarından pis istifadə edir və Ukrayna bundan yararlanır” (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

End of content

No more pages to load

RADİO