Xarici işlər nazirinin müavini Pakistanda görüşlər keçirdi - FOTO

Bu gün xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Elnur Məmmədov cari ilin iyun ayında Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib.

Azərbaycan – Pakistan səmimi münasibətlərindən bəhs edən nazir müavini əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə aparılan işlər, xüsusilə, Hökümətlərarası Birgə Komissiyanın fəaliyyətini, birgə işçi qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə çatdırılıb.
Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal 2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyini əminliklə bildirib.

Eyni gündə Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.

Görüş zamanı Elnur Məmmədov Azərbaycan – İndoneziya münasibətlərindən söz açıb və 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib.

E.Məmmədov ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə Azərbaycan Hökumətini təbrik edib. Görüşdə tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Dünya 6 dəqiqəlik qaranlığa qərq olacaq

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Nazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi – FOTO

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

End of content

No more pages to load

RADİO