Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov “Rusiya 1” telekanalının efirində səsləndirib.
Onun sözlərinə görə, razılaşmanın əldə edilməsində prezident Vladimir Putinin xüsusi xidmətləri olub: “O, bir neçə gün əlində telefon danışıqlar aparırdı”.
"Müharibəni dayandırmaq üçün onun göstərdiyi səylər, əlbəttə ki, qiymətlidir". Peskov bildirib.
O, sazişin Ermənistan və Azərbaycanla yaxşı münasibətlərin qorunması, eləcə də Türkiyə ilə dialoqun davam etdirilməsi sayəsində əldə olunduğunu qeyd edib.
Bizim.Media