Siyavuş Novruzov: “Mən deputatların maaşı haqda bir kəlmə deməmişəm”

“Mən millət vəkillərinin əməkhaqqısının artırılması barədə bir kəlmə də olsun deməmişəm, söhbəti başqa məcraya aparmaq istəyənləri də yaxşı başa düşürəm".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirdi.

O, əlavə edib ki, Parlamentin dünənki iclasında "mənim çıxışımı əvvəldən axıra kimi düzgün verməyiblər. Qaldırdığım o qədər məsələnin müqabilində anlamadıqları hissədən yapışıblar”.

Millət vəkili deyir ki, mən orda məsələ qaldırmışam ki, işğal altından azad olunmuş torpaqlarımızın bərpa işləri başlayana qədər bunu faktlaşdırmaq lazımdır. Bunun üçün isə Azərbaycanın jurnalistləri, fotoqrafları, rejissor, ssenaristlərlə yanaşı, xariciləri də çağırmalıyıq və proses rəsmi olmalıdır.  

“Artıq 4-cü ölkədir ki, Dağlıq Qarabağla bağlı həqiqətdən uzaq qərar qəbul edir. “Dövlət başçımıza istinad edərək bildirmişəm ki, UNESCO, Avropa Şurası və digər təşkilatların üzvlər hardadır, gəlsinlər Zəngilan və digər rayonlardakı məscidlərin vəziyyətinə baxsınlar. Demişəm ki, Milli Məclisin büdcəsi daxilində bu sahəyə olan vəsait artırılsın və həmin insanlar Parlament hesabına dəvət olunsunlar”. 

Siyavuş Novruzovun sözlərinə görə, mətbu orqanların əksəriyyəti onun 5 dəqiqəlik çıxışına toxunmayıb və ancaq demədiyi bir məsələni qabardıb:

“Məni maraqlandıran odur ki, 5 çıxışımın heç biri verilməyib. Şəhid ailələri və Qarabağ qazilərinin kirayədə, pis şəraitdə qaldığını demişəm, I Qarabağ Savaşı və veteranları haqqında məsələ qaldırmışam ki, onları da unutmaq olmaz. Onların da müavinətlərinə nəzər salınmalıdır. Əfsuslar olsun ki, sırf  millət vəkillərinə aid bir yeri qabardıblar, onu da tərsə-mayallaq".

Siyavuş Novruzov müsahibəsinin sonunda bidirdi ki, mən bu cür məlumatları yaymaqda maraqlı olan adamları başa düşürəm, bu, birinci dəfə deyil, tədirgin də olmuram.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emreli uzun müddət sonra geri qayıdır

Mahir Emreli uzun müddət sonra geri qayıdır

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi – VİDEO

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi – VİDEO

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

End of content

No more pages to load

RADİO