Bakıda Azərbaycan və İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclası işə başlayıb.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə bu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi iştirak edirlər.
İclasda ölkələr arasında qarşılıqlı maraq doğuran əsas əməkdaşlıq istiqamətləri müzakirə olunur.
Bizim.Media