Xarici İşlər Nazirliyi Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yaradılmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində qeyd olunub:
“Bu gün Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Birləşmiş Krallığın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.
Bizim.Media
