“İran, Rusiya casusları və onların Azərbaycandakı tulaları 2 gün susdum ki, içinizdəki murdarlıqları tökəsiniz. Bundan sonra da əməllərinizi ifşa etməklə yanaşı tək Sizə yox, sahiblərinizə də cavab verəcəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün feysbuk səhifəsində hüquqşünas Aslan İsmayılov yazıb.
“Buradan bir daha bəyan edirəm ki, Azərbaycan adlı Dövlətin müstəqilliyinə ən böyük təhlükə İran və Rusiyadır.
Vətən Müharibəsi bunu Azərbaycan xalqına göstərdi. Dostlarımızı və düşmənlərimizi göstərmək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm”, - deyə o bildirib.
Bizim.Media
