Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında 19 mart 2020-ci il tarixli fərmanına dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, Fondun fəaliyyət müddəti 1 il uzadılaraq 2021-ci ilin dekabrın 31-nə qədər müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bizim.Media