Ermənilərin Şahverdilər və Şurnuxu vahiməsi – Araşdırma

“Ermənistan İranla əlaqələrinin kəsilməsindən qorxur”. Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi Faiq Ələkbərov bildirdi.

44 günlük savaşdan sonra etirazlara paralel, Ermənistan gündəminin əsasən Vorotan (Şahverdilər) və Şurnuxu kəndlərindən ibarət olmasının səbəbləri haqqında sualımıza cavabda tarixçi vurğuladı ki, “burada söhbət təkcə Şahverdilər və Şurnuxu kəndlərindən getmir.

Ermənilər ikinci mərhələnin başlanmasından da qorxurlar. Yəni Qarabağdan sonra Zəngəzur məsələsi ortaya çıxa bilər. Əslində Zəngəzurun bir hissəsi 1920-ci il dekabrın 3-də Azərbaycan SSR-ə və N.Nərimanova təzyiqlər nəticəsində Ermənistana verilmişdi. Lakin bu sənəd yarımçıq qalmışdı və Naxçıvanla Zəngilan arsındakı məsələ tam həll olunmamışdı. Bu proses 1929-cu ildə də qabardıldı”

Həmin il Zəngilanla Naxçıvanı birləşdirən daha 9 kənd Ermənistan SSR-ə verildi. Çünki həmin il Azərbaycan SSR lap çətin vəziyyətdə idi. 

“Belə ki, Azərbaycan SSR-in başında bir neçə erməni var idi və onlardan biri də Mirzoyan idi. Onlar bundan istifadə edib, daha 9 kəndimizi Ermənistan SSR-ə birləşdirdilər. Bununla Naxçıvan və Zəngilan arasındakı quru ərazi Ermənistan SSR-in tərkibinə keçdi. Ermənilər indi narahatdır ki, əgər Rusiya 1929-cu il sərhədlərini bərpa etmək istəsə, o zaman torpaqların bir qismi Azərbaycana qaytarılmalı və beləcə Naxçıvanla Zəngilan arasındakı quru torpaqlar da bərpa olunmalıdır”. 

Bu isə faktiki olaraq, Ermənistan və İran üçün ciddi təhdid yaradır. Tarixçi əlavə etdi ki, onlar Laçın dəhlizinə paralel yaradılacaq Meğri koridorundan da narahatdırlar. Dağlıq Qarabağın Ermənistana verilməsi şərtilə Zəngəzurun Azərbaycana qaytarılması barədə 1990-cı illərin müzakirələrinə də toxunan Faiq Ələkbərov bu məsələnin gündəmə gələcəyi təqdirdə variantın Azərbaycan üçün qəbuledilməz olduğunu vurğuladı.

Həqiqətən də 44 günlük savaş Azərbaycanın qələbəsi ilə bitəndən sonra Ermənistan Zəngəzura görə yaman narahatdır.

Bir şey ki, onların KİV-nin hər birinin manşetlərində Sünik bölgəsi, Vorotan(Şahverdilər) və Şurnuxu kəndləri haqqında yazılar görmək olar. 

Şurnuxu kəndi “kiçik şəlalə” deməkdir və adı “şumux-şırnıx” sözlərindən yaranıb. Kənddə 1831-ci ildə 84, 1904-ci ildə 117, on il sonra isə, 104 azərbaycanlı yaşayıb. Gorusun ən böyük azərbaycanlı kəndlərindən sayılan Şurnuxu meşənin içində, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşib. 1988-ci ildə kənddə 100 ev və 800-ə yaxın sakin olub ki, onların hamısı azərbaycanlı idi.

Qeyd edək ki, Andronikin başçılığı ilə ermənilər 1918-20-ci illərdə bu kəndi və Ağvanlını da dağıtmışdılar.

Sovetlər dönəminmdə Şurnuxu bərpa olunsa da, Ağvanlı xəritədən silinmiş halda qaldı. Sağ qalan Şurnuxu sakinləri Qubadlı və Cəbrayıla köçsə də, qısa zamanda kəndlərinə qayıda bilmişdilər. Ermənilərin növbəti vandalizm və deportasiya aktları 1988-ci ilin noyabrından başladı və Gorusun bütün kəndləri boşaldıldı. 

Ermənilərin Vorotan adlandırdığı və Azərbaycanın əksər internet resursalarında Bazar çay kimi qeyd olunan coğrafi yer əslində, Gorusun Şahverdilər kəndidir. Sadəcə kənd Bazar çayın(Bərgüşad) üzərində yerləşir. 1918-ci ildə kənddə 100-ə yaxın ev olub. Lakin Andronik və Njdeninin hücumu nəticəsində 87 kənd sakini öldürülmüş, evlər dağıdılmışdır. Qaçqın düşmüş Şahverdilər camaatı əsasən, Qubadlı, Şuşa, Ağdam, Yevlax və Bakıda məskunlaşmışdır.

Sovet İttifaqı qurulandan sonra 40 ailə Gorusa qayıtmış və kəndi bərpa edərək yaşayıblar.

Kənd camaatı 1951-ci ildə də deportasiya olunaraq Yevlaxa köçürülüb. 3 il sonra çoxsaylı təqiblərə baxmayaraq kənd camaatının bir hissəsi yenidən Şahverdilərə qayıdıb. 1961-ci ildə Tatev SES tikildikdən sonra Şahverdilər kəndinin adı dəyişdirilərək Vorotan qəsəbəsi olub. Həmin vaxtdan etibarən kəndə 8 erməni ailəsi köçürülüb. Bu kəndin camaatı da 80-ci illərin sonunda erməni hücum və köçürtmələrinə məruz qalıb. 

Şurnuxu kəndi haqqında məlumatın son cümləsi ermənilərin nədən çəkindiklərini üzə çıxarır. Onlar Zəngəzur cammatına qarşı reallaşdırdıqları sonuncu deportasiyanın da mənasız olacağından qorxur və azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasını istəmirlər. Şahverdilər (Vorotan) kəndi ilə bağlı ermənilərin vahiməsi, xofu daha böyükdür. Çünki ötən əsr ərzində bu kəndin yerli sakinlərini – azərbaycanlıları dədə-baba yurudundan 3 dəfə deportasiya ediblər.



Bundan başqa Ermənistanın əsas elektrik enerjisini verən, Sünik bölgəsinin də elektrik təchizatını təmin edən Bərgüşad kaskadı da var. Kaskad elektrik enerjisi və bölgəni suvarma suyu ilə təminatı üçün inşa edilib.

Gücü 404.2 MVt olan kaskad beş su anbarını özündə birləşdirir. Kompleksə Tatev hidroelektrik stansiyası, Şamb, Spandaryan kimi SES-lər də daxildir. 2012-ci ildən bərpa işləri start götürən kaskad Ermənistana neft məhsullarının idxalını da azaldır. Kompleksə aid bütün Su Elektrik Stansiyaları Bərgüşad çayının sahillərində inşa olunub. Onu da deyək ki, Bərgüşad çayı Qubadlı rayonundan da keçir və Həkəri çayı ilə birləşir. 



İstər tarixçi, istərsə də politoloqların fikrincə, Ermənistan İranla sərhədi əldən verməmək üçün Zəngəzuru itirməkdən qorxur. Lakin unutmaq olmaz ki, Azərbaycan Zəngəzuru qaytyarmaqla həm də Bazar çay - Bərgüşad kaskadının sahibi olacaq. Bu isə o deməkdir ki, Ermənistanı elektrik enerjisi ilə təchiz edən və 5 əsas SES-i özündə birləşdirən əsas kompleks bizdə olacaq. Bununla da Ermənistan işıqsız qalar, İrəvana zülmət çökə bilər...

Anar Rəhimov, Bzim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi – VİDEO

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi – VİDEO

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

End of content

No more pages to load

RADİO