Dünyanı sarsıdan 2020-ci ilin konkret cavabları

İlin Şəhidlərimizin qanı ilə vurulan şah möhürü Şuşadır!

Başa vurduğumuz 2020-ci il yaddaşlarda necə qalacaq? Çoxlarının bu suala bir cavabı var: “Evdə qal”ma 2020!”. Amma bu ili bizim üçün ZƏFƏRƏ çevirən QARABAĞ, ŞUŞA sevdalı Azərbaycan Ordusu möhtəşəm notlarla tamamlamağa imkan verdi, QARABAĞ AZƏRBAYCANDIR!

Bizim.Media ölkəmizdə və dünyada baş verən hadisələrə nəzər salmaqla “2020-ci il  nə ilə yadınızda  qaldı?” sualı ilə tanınmışlara üz tutdu. 

Millət vəkili Razi Nurullayev deyir ki, dünya 2020-ci ilə kədərlənsə də, Azərbaycan sevinir:

“2020-ci il bütün dünya ölklələri üçün ən ağır illərdən biri kimi olsa da, Azərbaycan üçün zəfər ili olaraq qalacaq. Bütün dünya bu ili kədərlə yola salsa da, biz sevinclə yola salırıq”

Millət vəkilinin sözlərinə görə, bunun başlıca səbəbi 30 il ərazində erməni işğalında olan torpaqlarımızı azad etməyimizdir. Bundan başqa:

“2020-ci ildə Azərbaycanda ilk dəfə hakimiyyət ilə siyasi partiyalar arasında bir həmahənglik yaradıldı. Siyasi partiyalar ilk dəfə olaraq Azərbaycan hakimiyyəti ilə milli birlik nümayiş etdirdilər. Bu da Azərbaycan tarixinə yazılası bir hadisə oldu və qələbə qazanmağımızda əhəmiyyətli rol oynadı”

2021-ci ilə gəlincə, millət vəkili vurğuladı ki, yeni ildən gözləntilərimiz daha çoxdur:

“Ümid edirik ki, Azərbaycan pandemiya ilə bağlı müsbət nəticələr əldə edəcək və iqtisadiyyatımız açılacaq. Gələn ildən digər gözləntimiz qaçqın və məcburi köçkünlərin işğaldan azad olunan torpaqlara köçürülüb, orada yaşamasıdır. Arzularımız budur və gələn il düşünürəm ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşamağa başlayacaq” deyən Razi Nurullayev “2021-ci ildə azərbaycanlıların gələcəyə ümidi artacaq” sözləri ilə fikrini tamamladı.


Onun fikrincə, 2020-ci ildə yaşanan hadisələri Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı da unutmayıb. 2020-ci il Azərbaycan üçün ermənilərin Tovuza hücumu, Polad Həşimovun şəhid olması, Azərbaycanın əks-hücum əməliyyatı, Vətən Müharibəsində qalibiyyət, işğaldakı torpaqların azad olması ilə yadda qalıb:

“Eyni zamandan  bu il  Azərbaycanla Naxçıvanı birləşdirəcək quru nəqliyyat layihəsinin reallaşmasına razılıq alınması böyük əhəmiyyət kəsb edir.  Həmçinin Azərbaycanda islahatların davamı və ölkədə  keçirilən anti-korrupsiya əməliyyatları  da  özünü unutdurmayacaq. 2020 ci il deyəndə ürəyimizə həkk olunan 2803 şəhidimiz, Zəfər paradının keçirilməsi,  koronavirusla mübarizə hər zaman anılacaq”.

Hərəkat rəhbəri əlavə edib ki, COVİD-19 pandemiyası, vaksinin tapılması, ABŞ-da preident seçkiləri, Rusiya - Türkiyə münasibətlərinin yaxınlaşması, Türk Bayraktarların dünya hərb sənayesində yeni dövrü başlatması, Makronun islamafob siyasəti dünya tarixinin yaddaşına düşüb:

“Daha sonra  Böyük Britaniyanın Avropa Birliyindən çıxması,  İsrail-Ərəb ölkələri arasında yaxınlıq,  Rusiya-Ermənistan-Azərbaycan arasında sülh bəyanatının qəbulu,  dünyada onlarla həll edilməmiş münaqişə fonunda Dağlıq Qarabağ konfliktinin həll edilməsi və 700 000-ə yaxın məcburi köçkünün evinə dönəcəyi mesajının dünyaya verilməsi uzun illər  tarixdə qalacaq”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı düşünür ki, bu il iki hadisə ilə - bir koronavirus pandemiyası və Azərbaycanın qələbə qazanması tarixə qovuşur:

“Əslində il başlayanda koronavirusa görə deyirdik ki, 2020-ci il tez bitərdi. Bilirsiniz ki, pandemiya dövründə çoxlu itkilərimiz oldu. Dostlarımız, həmkarlarımız COVİD-19-dan dünyasını dəyişdilər. Yaxınlarımız üçün hələ də sarsıntı içindəyik.

Lakin buna baxmayaraq  2020- ci ili pis  dövr deməyimiz  düzgün deyil. Azərbaycan tarixi üçün qızı ildir. Bu ili zəfərimizin ili hesab edirəm. Dünyada 2020-ci ildə Azərbaycan kimi qələbə qazanan ikinci bir ölkə olmadı”.

Sorğumuzun digər iştirakçısı texno blogger Fərid Pərdəşünas deyir ki, dünya həmişə 2020-ci ili mənfi hadisələrlə xatırlayacaq:

“Hamı üçün 2020-ci ilin mənfi və müsbət tərəfləri oldu. Dünya 100 ildən sonra qlobal pandemiya ilə üz-üzə qaldı. Planetimizi bürüyən epidemoloji vəziyyət özü ilə şaiələr də gətirdi. Dedilər ki, bu il 5G texnologiyası koronavirusun yayılması üçün tətbiq olunur. Sonra dedilər ki, insanların bioloji olaraq çipləşdirəcəklər. Ölkəmizlə bağlı isə 2020-ci ili Qarabağ müharibəsində qalıb  gəlməyimizlə xatırlayacağıq. Bir də Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi ilə anacağıq”.

Xalq artisti Mənsum İbrahimov isə düşünür ki, 2020-ci il koronavirus infeksiyası dünyanı caynağına aldığına görə, çox gərgin bir il oldu, dünyamızda və ölkəmizdə dəyərli insanları itirdik, çoxları bu ili lənətləyirdilər:

“Bizim üçün isə zəfər və qalibiyyət ili oldu. 30 il həsrətini çəkdiyimiz dədə-baba yurdumuza qovuşduq. Bunun üçün şəhidlərimiz qarşısında baş əyirəm. Azərbaycan dünyada qalib dövlət kimi tanındı. Bizim qürurumuz - Qarabağımız özümüzə qayıtdı. Bu torpaqları bizlərə qaytaran igidlərin borcundan heç vaxt çıxa bilməyəcəyik. Bilirsiniz ki, Vətən Müharibəsində mənim də ailəmdə iki şəhid var. Biri qardaşımın oğlu İbrahimov İsrafil Zülfüqar oğlu, digəri xalamın nəvəsi Nərimanov İdris Nazim oğludur. Onların timsalında digər şəhidlərimiz bizə Qarabağ havası almaq nəsib etdi. Haqlarını halal etsinlər. Bundan sonra bizə Qarabağımızın əvvəlki şöhrətini qaytarmaq qalır”.

Gülşanə Mustafayeva, 

Anar Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin qadın üzvü həbs edildi – VİDEO

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin qadın üzvü həbs edildi – VİDEO

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Cahangir Həsənzadədən vəzifəsindən ayrılması ilə bağlı iddialara CAVAB

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Avropa Komissiyasının sədri fevralın 23-də Ukraynaya səfər edəcək

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Bakıda ŞOK: Çadralı qadınlar əllərində bıçaq və ülgüclərlə mağazaya basqın etdilər

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Müxalifət partiyalarından Vaşinqton təxribatına SƏRT REAKSİYA

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Övladlığa uşaq götürənlərin NƏZƏRİNƏ: Bu güzəştlər edilir - FOTO

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Doğuşdan sonra ölən qadınla bağlı Kliniki Tibbi Mərkəzdən AÇIQLAMA

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Bakıda qəribə OĞURLUQ: Rəfiqəsini qarət edib "102"yə yığdı

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

Yasamaldakı meşəlikdə bina tikiləcək? – VİDEO

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

“İmişli” Orxan Fərəcovla RAZILIĞA GƏLDİ

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Bakıda narkotacirlər belə tutuldu – ANBAAN VİDEO

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Təbii sərvət zəngini ölkələr: Birinci nə ABŞ, nə Çin, nə də Səudiyyə Ərəbistanı

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Şəhid Yolçu Məmmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

Meyxanaçı Samirə qızının saxlanılması barədə: "Orasını-burasını yemək" pis ifadədir?"

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

AAYDA-da kütləvi ixtisar var? - RƏSMİ CAVAB

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bərdədə itkin şəhid Qılman Hacıyevlə vida mərasimi keçirildi – FOTO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov dəfn olundu – FOTO

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Zelenskidən hərbi əməliyyatlarla bağlı ƏMR: Daha üç il...

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

Azərbaycana yaz fəsli BU TARİXDƏ daxil olacaq – Saat AÇIQLANDI

End of content

No more pages to load

RADİO