Tramp fakt olmadan tvitterdə İranı bazar günü Bağdaddakı Yaşıl Əraziyə raket hücumunda ittiham edib.
Bizim.Media xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitter hesabındakı paylaşımında yazıb.
O bildirib ki, Donald Trampın Bağdaddakı Amerika Səfirliyinə raket hücumunun arxasında İranın olmasını iddia etdiyi tvitini rədd edir.
"Xaricdə öz vətəndaşlarınızı riskə atmağınız sizi daxili uğursuzluğunuzdan yayındırmayacaq", - deyə İranlı nazir paylaşımda qeyd edib.
Bizim.Media