Əli Hacızadə: “Ermənistana öhdəliklərindən boyun qaçırmaq baha başa gələr”

Ermənistan sərhədlərin delimitasiyası zamanı yenə özünəməxsus şəkildə manevrlər etmək fikrindədir. Özündə hər zaman oğru imicini yaradan ermənilər yenə də tarixi sərhədlərimizdən nəyisə qoparmaq istəyir. Ermənilər yenə də əllərində dəsmal, iztirablar içində əzilən millət rolundadır. 

Bəs, əslində, vəziyyət necədir? Hadisələr hansı məcraya yön alacaq? Nəticə nə olacaq?
Bununla bağlı politoloq Əli Hacızadə ilə söhbətləşdik.

Hacızadə Bizim.Media-ya açıqlamasında bəzi maraqlı məqamlara toxunub:

MÖVZU İLƏ BAĞLI:

''Ermənilər saxta statusla Kanadaya qaçırlar'' - Əli Hacızadə


- Dövlət sərhədlərinin dermitasiyası Sovet xəritələri əsasında keçirilir. Burada Ermənistana sərf etməyən məsələlər - Gorus və Qafan arasında gedən magistral yol var. Ermənistanın bu bölgəsini əsas ərazisinin şimalına birləşdirən əsas magistral yol bir neçə yerdən Azərbaycan Respublikasının ərazisindən keçir. Beləliklə, Ermənistan tərəfi üçün onun ya bağlanması, ya da Azərbaycan tərəfindən nəzarət olunması təhlükəsi yaranır. Digər tərəfdən orada olan bəzi yaşayış məntəqələri var ki, onların bir hissəsi Azərbaycan ərazisinə düşür. Onlar o haqda da olan narahatlıqlarını dilə gətirirlər. Buna görə də ermənilər hansısa hissəni özlərində saxlamaq istəyirlər. Ancaq onlar buna müvəffəq olmayacaqlar. Hər bir şəkildə sərhədlər dermitasiya olunacaq.

Azərbaycanın hansısa ərazini güzəşt etmək kimi bir durumu ola bilərmi?

- Azərbaycan hələ 90-cı illərdə zəif, uduzmuş və kasıb ölkə olan zaman heç bir ərazisini güzəştə getmədi. Əgər o zamanlar belə bir məsələ olmadısa, hazırki vəziyyətdə o baş verməyəcək. Ancaq burada bir başqa nüanslar da var. Azərbaycanın elə əraziləri var ki, hər tərəfdən Ermənistan ilə sərhəddir, anklav ərazi sayılır, həmçinin Ermənistanda da belə torpaqlar mövcuddur. O ərazilərə dair gələcəkdə yəqin ki, hansısa danışıqlar, razılaşmalar olacaq. Çünki o həm orada yaşayan əhali üçün problem, həm də bizim üçün logistik cəhətdən təhlükə yarada bilər. Ola bilər gələcəkdə o ərazilər mübadilə olunar. Hələ ki, bu məsələ müzakirə mövzusu deyil. 

- Sərhəd məsələsindən istifadə edib Ermənistanda Paşinyan rejiminə konkret zərbələrin vurulması prosesi də gedir. Qarabağı uduzan rejim bu zərbələrə tab gətirə biləcəkmi?

- Biz Paşinyanın son səfəri zamanı hansı problemlərlə üzləşdiyinin şahidi olduq. Göründüyü kimi, erməni cəmiyyətinin müəyyən hissəsi onu hakimiyyətdə istəmir. Lakin ümumilikdə, onun erməni cəmiyyəti arasında hələ də dəstəyi var. İkincisi, Paşinyan küçə psixologiyasına bələddir. O, küçə ixtişaşlarının texnologiyasına yaxşı yiyələnib. Əsas məqam isə, Paşinyanı hakimiyyətə gətirən qüvvələrin ondan üz döndərməməsidir, onlar hələ də Baş naziri dəstəkləyirlər. Bütün bunları nəzərə alsaq, düşünürəm ki, Paşinyan hələ ki, Baş nazir olaraq qalacaq və yaxın günlərdə də onun hakimiyyətini ciddi zərbə gözləmir. Birləşmiş müxalifət partiyalarının mitinqlərinə fikir versəniz, orada çox az insanın iştirak etdiyini görəcəksiniz. Bunlar da əsas amillərdən biridir.

- Azərbaycanın sərhəd məsələsində prinsipial mövqeyi hansı üstünlüklərdən qaynaqlanır və tarixi ərazilərin geridönüşünün təminatı dövlətimizə hansı fiziki və siyasi üstünlükləri verə bilər?

- Azərbaycan hər zaman sərhəd məsələlərinə prinsipial yanaşıb. Bu təkcə, Ermənistanla deyil, həm də digər qonşularımızla da belə olub. Bununla bağlı müxtəlif zamanlarda bizim Rusiya, Gürcüstan və İranla da bəzi müzakirə məsələlərimiz olub. Azərbaycan Qarabağ savaşından qalib çıxmış ölkədir, bunun da bəlli bir psixoloji, siyasi, hərbi üstünlükləri var. Bundan başqa beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yuxarıda da qeyd etdiyim kimi, biz yalnız xəritədə təsvir olunmuş sərhədləri əsas götürürük. Bu məsələlərdə üstünlüyün bizim tərəfdə olması ən böyük prioritetimizdir.

- Ermənistan ictimaiyyətində Naxçıvan dəhlizi ilə də bağlı ajiotaj var. Bu məsələ isə üçtərəfli sazişdə olan müddəalardan biridir, Ermənistan bu öhdəlikdən qaça bilərmi? 

- Ermənistan cəmiyyəti hər zaman ajiotaj və isterika vəziyyətində yaşayıb. Bu onlar üçün normal bir haldır. O ki, qaldı öhdəliyə bəli, Ermənistan sazişdə göstərilən öhdəliklərindən boyun qaçıra bilər. Bu sazişin Azərbaycana xeyrinin olduğu kimi, Ermənistana da var, həmçinin zərərləri də. Laçın dəhlizi Rusiya sülhməramlıları tərəfindən nə qədər qorunsa da, unutmamalıdırlar ki, ora Azərbaycan silahlıları tərəfindən əhatə olunub. Bu məsələnin icrasından boyun qaçırmaq Ermənistana baha başa gələ bilər.

- Azərbaycanın qələbəsindən sonra, Ermənistan-İran sərhədindəki illərcə passiv istifadədə olan Norduz məntəqəsi ilə bağlı hərəkətlənmə meydana gəldi, hər iki tərəf keçid məntəqəsini aktiv fazaya keçirməyə çalışır. Bu isə Naxçıvan dəhlizinə perpendikulyardır, sizcə İran nə istəyir? Naxçıvan dəhlizi əslində hamı üçün faydalı variant deyilmi?

- Xeyr, Naxçıvan dəhlizi hamı üçün faydalı variant deyil. Hətta deyərdim ki, İran, Ermənistan və Rusiya üçün bu təhlükəlidir. Hər üç dövlətin milli maraqları ilə üst-üstə düşmür. O ki, qaldı Norduz məntəqəsinə o, hər zaman işlək məntəqə olub. Bundan sonra buranın daha aktiv olacağı gözlənilir. Bəli, Norduz məntəqəsi ilə gələcəkdə inşası nəzərdə tutulan Naxçıvan dəhlizinin yolları kəsişir. Amma bunun da sadə və texniki həlli var, bu bizə heç bir mane törətməyəcək. Nəzərinizə çatdırım ki, çox insan Naxçıvan dəhlizi anlayışını səhv anlayırlar. Qeyd edim ki, dəhlizin ərazisi bizə verilmir, o Ermənistan ərazisi olaraq qalacaq. Sadəcə, biz orada olan nəqliyyat yolundan istifadə edəcəyik.

- İstər sərhəd, istərsə də dəhliz məsələlərində sərt problemlər yaranarsa, Azərbaycan hansı addımları atmalıdır? Bu hərəkətlər əsasən hansı dövlətlərlə koordinasiya olunacaq və ya olunmalıdır? 

- Hazırda sərhəd və dəhliz məsələlərində çox ciddi, həll olunmayan problemlər yoxdur. Hazırda Ermənistan tərəfindən sərhədləri faktiki olaraq, Rusiya qoruduğu üçün delimitasiya Rusiya ilə də koordinasiya olunur. Əgər belə bir problem yaranarsa məsələ Bakı-Ankara-Moskva formatı çərçivəsində həll olunacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu federasiyanın adı DƏYİŞDİRİLDİ

Bu federasiyanın adı DƏYİŞDİRİLDİ

Eldar Məcidov və Anar Kərimov yeni vəzifəyə TƏYİN OLUNDU

Eldar Məcidov və Anar Kərimov yeni vəzifəyə TƏYİN OLUNDU

Nazir Firdovsi Tağıyevə YÜKSƏK VƏZİFƏ VERDİ

Nazir Firdovsi Tağıyevə YÜKSƏK VƏZİFƏ VERDİ

Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır – Açıqlama

Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır – Açıqlama

Kamal Abdullanın rəhbərlik etdiyi mərkəz Fərid Şəfiyevin sədri olduğu quruma BİRLƏŞDİRİLƏCƏK

Kamal Abdullanın rəhbərlik etdiyi mərkəz Fərid Şəfiyevin sədri olduğu quruma BİRLƏŞDİRİLƏCƏK

Azərbaycan səfirliyi BƏYANAT YAYDI - Vaşinqtondakı təxribatın YENİ DETALLARI

Azərbaycan səfirliyi BƏYANAT YAYDI - Vaşinqtondakı təxribatın YENİ DETALLARI

İki gün su olmayacaq – BU ƏRAZİLƏRDƏ

İki gün su olmayacaq – BU ƏRAZİLƏRDƏ

Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - FOTO

Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - FOTO

SON DƏQİQƏ! Tural Səmədzadə Azərbaycana ekstradisiya edildi

SON DƏQİQƏ! Tural Səmədzadə Azərbaycana ekstradisiya edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Nofəl Əsgərov dəfn olundu – FOTO

Asbestlə bağlı qadağa TƏSDİQLƏNDİ – Bu tarixdən qüvvəyə minəcək

Asbestlə bağlı qadağa TƏSDİQLƏNDİ – Bu tarixdən qüvvəyə minəcək

Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı – SİYAHI

Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı – SİYAHI

Nikah və boşanmaların sayı azalıb – RƏSMİ

Nikah və boşanmaların sayı azalıb – RƏSMİ

Prezidentdən Dövlət Su Ehtiyatları Agentliyi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Su Ehtiyatları Agentliyi ilə bağlı FƏRMAN

Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya BİRLƏŞDİRİLƏCƏK

Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya BİRLƏŞDİRİLƏCƏK

İlham Əliyev: “Sloveniya ilə dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik”

İlham Əliyev: “Sloveniya ilə dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik”

Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı – ANBAAN VİDEO

Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı – ANBAAN VİDEO

Sloveniya Prezidentindən İlham Əliyevə MƏKTUB

Sloveniya Prezidentindən İlham Əliyevə MƏKTUB

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ötən il Azərbaycana ən çox elektromobil bu ölkələrdən gətirilib – RƏQƏMLƏR

Ötən il Azərbaycana ən çox elektromobil bu ölkələrdən gətirilib – RƏQƏMLƏR

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - Video

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” - Azərbaycanlı qadın gündəm oldu - Video

Xəyanətə meyilli 3 BÜRC

Xəyanətə meyilli 3 BÜRC

Azərbaycan klubunda YENİ TƏYİNAT

Azərbaycan klubunda YENİ TƏYİNAT

Aysundan qızı ilə bağlı PAYLAŞIM: “Anan heç vaxt tək deyildi” – VİDEO

Aysundan qızı ilə bağlı PAYLAŞIM: “Anan heç vaxt tək deyildi” – VİDEO

End of content

No more pages to load

RADİO