“ABŞ və Avropa ilə münasibətlərimizdə yeni bir səhifə açmaq istəyirik”.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentdəki çıxışı zamanı deyib.
"Yeni ildə ABŞ və Avropa ilə münasibətlərimizdə yeni bir səhifə açacağımıza ümid edirik. Çoxşaxəli siyasi, iqtisadi və hərbi əməkdaşlığımızı ABŞ ilə köklü əlaqələrimizə alternativ olaraq görmürük.
Avropa İttifaqının da Türkiyədən uzaqlaşmasına səbəb olan strateji korluqdan qurtulacağına ümid edirik", - deyə Ərdoğan qeyd edib.
Bizim.Media