''ABŞ, Rusiya və Fransa 30 il müddətində Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər''.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verdiklərini söyləyib.
“Azərbaycanlı qardaş və bacılarımız qaçqın vəziyyətinə düşdülər. Belə olan halda isə azərbaycanlı qardaşlarımız qərar verdilər və torpaqlarına qovuşdular”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Bizim.Media